Birbankın Şəmkir filialında Müştərilərlə iş üzrə kiçik mütəxəssis vəzifəsi üzrə detallara qarşı diqqətli, ünsiyyət bacarıqları yüksək olan namizəd axtarırıq. Müştərilərimizə yüksək səviyyədə xidmət göstərmək əsas məqsədimizdir.
Ali təhsil
Azərbaycan dili mükəmməl səviyyədə mütləqdir (rus və ingilis dili biliyi üstünlükdür)
Yüksək səviyyədə ünsiyyət bacarığı
Empatiya və dinləmə qabiliyyəti
Problem həll etmə bacarığı, təşəbbüskarlıq və sahiblənmə bacarığı
Çeviklik və adaptasiya bacarığı
Məsuliyyətlilik, öyrənmə çevikliyi və inkişafyönümlülük
Satış və inandırma bacarığı
Müştərilərin ehtiyaclarını dərindən anlayaraq, empatiya ilə fərdi yanaşaraq, dəqiq, vaxtında və yüksək keyfiyyətli xidmətin göstərilməsi, müştəri məmnuniyyətinin təmin edilməsi
Bankın daxili qaydaları və tarifləri üzrə kreditlərin şərtləri və ödəniş qaydaları ilə bağlı müştərilərin müraciətlərini cavablandırılması;
Bankın daxili qayda və tariflərinə uyğun olaraq verilmiş kreditlər üzrə xidmət haqlarının tutulmasının təmin edilməsi;
Kreditlərin rəsmiləşdirilməsi və rəsmiləşdirilən kredit sənədlərinin arxivləşdirilməsi;
Kredit portfelinə nəzarət edilməsi və təhlillər aparılması;
Yeni müştərilərin cəlb edilməsi;
Mülki Məcəlləyə uyğun olaraq müştəri hesabları üzrə ödənişlərin aparılması zamanı növbəlilik prinsiplərinə riayət edilməsi;
Korporativ müştəri mədəniyyəti standartlarına əməl edilməsi;
Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.
Daha çox Xidmət vakansiyaları üçün saytına keçid edin.