Autoland Azerbaijan ABŞ hərraclarından sifarişlə avtomobil idxalı üzrə ixtisaslaşmış şirkətdir. Komandamıza müştərilərlə işləyəcək və şirkəti sosial şəbəkələrdə təmsil edəcək əməkdaş axtarırıq.
VƏZİFƏ ÖHDƏLİKLƏRİ
• Müştəri müraciətlərini WhatsApp və Instagram üzərindən cavablandırmaq
• Müştərinin tələbatına uyğun avtomobil seçimində məsləhət vermək
• TikTok və Instagram-da canlı yayımlar aparmaq
• Qısa videolar hazırlamaq və paylaşmaq
• Müştərini müraciətdən avtomobilin təhvilinə qədər müşayiət etmək
NAMİZƏDƏ TƏLƏBLƏR
• Kamera qarşısında sərbəst və səlis nitq
• Savadlı yazı və operativ ünsiyyət bacarığı
• Avtomobil sahəsinə maraq
• Telefonla video çəkiliş və sadə montaj bacarığı
• Məsuliyyət və müstəqil işləmək bacarığı
• Satış və ya SMM sahəsində təcrübə üstünlükdür
İŞ ŞƏRAİTİ
• İlk 1.5 ay sınaq dövrü: gündə 6 saat, həftədə 5 gün
• Sabit əməkhaqqı və hər satışdan bonus
• Şirkət hesabına təlim, hazır iş alətləri
• Sınaq dövründən sonra tam iş günü və yeni şərtlər
• İş əsasən onlayn, görüşlər ofisdə
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Aylıq esasinda
Bakı, Abbasqulu Abbaszadə 142, Bakı, Azərbaycan
Bakı, Abbasqulu Abbaszadə 142, Bakı, Azərbaycan