Şirkətimizə sifarişlər üzrə gəlir və xərclərin düzgün uçotunu aparacaq, maliyyə məlumatlarını sistemli şəkildə izləyəcək Mühasib / Maliyyə uçotu üzrə əməkdaş axtarırıq.
Əsas vəzifələr:
Hər sifariş üzrə daxil olan ödəniş və avansların qeydiyyatını aparmaq
Hər bir xərcin aid olduğu sifariş üzrə düzgün qruplaşdırılması
Material, usta, çatdırılma və digər xərclərin ayrıca qeydiyyatı
Sifariş üzrə ümumi xərc və qazancın hesablanması
Avansdan nə qədər vəsait istifadə olunduğunu və qalan məbləği izləmək
Aylıq sifariş gəlirləri və xərcləri üzrə hesabat hazırlamaq
Maaş, icarə, kommunal və digər ümumi şirkət xərclərini ayrıca izləmək
Ay sonunda şirkətin ümumi mənfəətini hesablamaq
Rəhbərlik üçün aydın və sadə maliyyə hesabatları hazırlamaq
Tələblər:
Excel proqramında sərbəst işləmək bacarığı
Filter, Sort, SUMIF/SUMIFS kimi funksiyaları bilmək
Pivot Table biliyi üstünlükdür
Rəqəmlərlə işləmək və məlumatları sistemləşdirmək bacarığı
Diqqətli, məsuliyyətli və dəqiq olmaq
Xərclərin düzgün kateqoriyalara və sifarişlərə bölünməsinə nəzarət etmək
Mühasibatlıq və ya maliyyə sahəsində təcrübə üstünlükdür
Qeyd:
1C və digər xüsusi mühasibat proqramlarını bilmək məcburi deyil. Əsas tələb maliyyə məlumatlarını düzgün sistemləşdirmək, sifarişlər üzrə xərcləri və qazancı dəqiq izləmək bacarığıdır.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!