Bu vəzifə Bankın kredit risklərinin qiymətləndirilməsi, monitorinqi və idarə edilməsi proseslərində iştirak edərək risklərin effektiv şəkildə nəzarətdə saxlanılmasını dəstəkləyir. Rol çərçivəsində kredit portfelinin təhlili, risk alətlərinin təkmilləşdirilməsi, prosedurların hazırlanması və kredit risklərinin minimuma endirilməsi istiqamətində analitik fəaliyyətlər həyata keçirilir.

+ ' ' +

Ünsiyyətqurma bacarıqları:

Vahid komandada işləmək qabiliyyəti;

Gərgin əmək şəraitində işləmək qabiliyyəti;

Məsuliyyətli, diqqətli olmaq;

İnsanlarla işləmək bacarığı.

+ ' ' +
  • İnkişaf imkanları
  • Rəqabətli əmək haqqı və bonuslar
  • Yüksək təminatlı sığorta
  • Dəstəkləyici mühit
  • Visa Premium əmək haqqı kartı
  • Korporativ endirimlər
  • Korporativ tədbirlər
  • Əlavə məzuniyyət
  • Güzəştli təhsil və işçi krediti
+ ' ' +

Kredit riskinin müəyyənləşdirilməsinə, qiymətləndirilməsinə, minimallaşdırılmasına və düzgün idarə edilməsinə dair tənzimləyici nəzarət çərçivəsinin yaradılması və təkmilləşdirilməsində iştirak edir;

Yeni məhsullar istifadəyə verilməzdən öncə kredit risklərinin məqbul hədlərdə olduğunun qiymətləndirilməsində iştirak edir;

Hesabatlıq sisteminin (red flag, skoring, stop loss və s.) təkmilləşdirilməsinə və risk menecment alətlərindən istifadə edərək portfelin təhlil edilməsinə dair təkliflər verir;

Kreditlər (o cümlədən qarantiya əməliyyatları) üzrə dosyelərin qiymətləndirilməsi, rəylər verilməsi, risklərin nəzarətdə saxlanması və zəruri hallarda monitorinqlərin həyata keçirilməsində iştirak edir;

Bankın kredit ilə əlaqədar prosedurlarının və qaydalarının hazırlanmasında iştirak edir;

Şöbəyə cəlbedilmiş təcrübəçilərə işlərində dəstək göstərir və kredit risklərinin idarə edilməsi sahəsində onlarla birgə fəaliyyət göstərir;

İnsiatoru olduğu, istifadə etdiyi modeller varsa cavabdehlik daşıyır;

Əmək müqaviləsi,struktur bölmənin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili hüquqi aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir;

Birbaşa rəhbəri, İdarə Heyətinin sədri(Baş icraçı direktor) tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin, həmçinin komissiyaların qəbul

etdiyi qərarlardan, əmək müqaviləsindən, struktur bölmənin Əsasnaməsi və fəaliyyətinə dair bankdaxili hüquqi aktlardan irəli gələn tapşırıq və sərəncamları “qanunun tələbləri çərçivəsində” icra edir ;

Cəlb edilmiş təcrübəçilərə və əməkdaşlara işlərində dəstək göstərir və onlarla birgə fəaliyyət göstərir.

Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.

Maaş

Razılaşma ilə

Aylıq esasinda

Məkan

Bakı, PBT2 (Port Baku Tower 2),

İşə Baxış
Elan əlavə edildi:
9 saat əvvəl
Elanın bitmə vaxtı:
4 həftə sonra
İş Tipi
İş Rolu
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Bakı, PBT2 (Port Baku Tower 2),