Chiffon Boutique mağazamıza enerjili, ünsiyyətcil və sosial mediada rahat çıxış edə bilən satıcı xanım axtarır.

 

Vəzifə öhdəlikləri:

Müştərilərə məhsullar haqqında məlumat vermək və satış prosesini həyata keçirmək;

 

Mağazada geyimlərin foto və videolarını çəkmək;

 

TikTok və Instagram üçün hazırlanacaq foto və video məzmunlarında iştirak etmək;

 

Mağazanın TikTok hesabında canlı yayımlar açmaq və məhsulları təqdim etmək;

 

Mağazanın səliqə-sahmanını qorumaq.

 

Tələblər:

Yaş : 22 - 35

Ünsiyyət bacarığı yüksək olmalı;

 

Kamera qarşısında rahat çıxış edə bilməli;

 

Sosial media platformalarına maraqlı və yaradıcı yanaşmaya sahib olmalı;

 

Məsuliyyətli, aktiv və komandada işləməyi bacarmalı;

 

Satış sahəsində təcrübə üstünlükdür.

 

İş şəraiti:

İş qrafiki: Həftədə 6 iş günü

 

İş saatı: 10:00 – 20:00

 

Əməkhaqqı: 400 AZN + bonus

 

Mağazamız Gənclik metro stansiyasına yaxınlıqda yerləşir.

Əgər moda sahəsində işləmək, insanlarla ünsiyyət qurmaq və sosial media məzmunlarının yaradılmasında iştirak etmək istəyirsinizsə bizimlə əlaqə saxlaya bilərsiniz!

Daha çox Satış vakansiyaları üçün saytına keçid edin.

Maaş

Razılaşma ilə

Aylıq esasinda

Məkan

Bakı, Gənclik metrosu

İşə Baxış
Elan əlavə edildi:
14 saat əvvəl
Elanın bitmə vaxtı:
4 həftə sonra
İş Tipi
Tam ştat
İş Rolu
Təhsil
İstənilən
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Bakı, Gənclik metrosu