Meta Mühasibatlıq Konsaltinq komandamıza Baş Mühasib vəzifəsi üzrə peşəkar namizəd axtarır.
Vəzifə öhdəlikləri:
* Mühasibat uçotunun qanunvericiliyə uyğun təşkil və idarə edilməsi;
* Vergi, DSMF, statistika və digər dövlət hesabatlarının hazırlanması və təqdim olunmasına nəzarət;
* Maliyyə hesabatlarının hazırlanması;
* Əmək haqqı hesablamaları və kadr sənədləşməsinə nəzarət;
* Vergi və əmək qanunvericiliyindəki dəyişikliklərin izlənilməsi və tətbiqi;
* Müştəri şirkətlərə mühasibatlıq və vergi məsələləri üzrə məsləhətlərin verilməsi;
* Mühasiblərdən ibarət komandanın idarə olunması və iş prosesinin koordinasiyası.
Tələblər:
* Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil;
* Baş mühasib vəzifəsində minimum 3 il iş təcrübəsi;
* Vergi və əmək qanunvericiliyini yaxşı səviyyədə bilmək;
* 1C, Excel və mühasibat proqramlarında sərbəst işləmək bacarığı;
* Analitik düşünmə, məsuliyyətlilik və idarəetmə bacarıqları.
Təklif edirik:
* Rəqabətqabiliyyətli əmək haqqı;
* Peşəkar inkişaf və karyera yüksəlişi imkanı;
* Rahat iş mühiti və peşəkar komanda;
* Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə.
CV-lərinizi mövzu hissəsində “Baş Mühasib” qeyd etməklə metaedu.hr@gmail.com göndərməyiniz xahiş olunur.
Ə/h: 1800+ bonus
1800-2000 azn