📍 İş yeri: Delya Boutique
Delya Boutique komandamıza enerjili, ünsiyyətcil və sosial mediada rahat çıxış edə bilən Satıcı axtarır.
Müştərilərə məhsullar haqqında məlumat vermək və satış prosesini həyata keçirmək;
Mağazada geyimlərin foto və videolarını çəkmək;
TikTok və Instagram üçün hazırlanacaq foto və video məzmunlarında iştirak etmək;
Mağazanın TikTok hesabında canlı yayımlar açmaq və məhsulları təqdim etmək;
Mağazanın səliqə-sahmanını qorumaq.
Ünsiyyət bacarığı yüksək olmalı;
Kamera qarşısında rahat çıxış edə bilməli;
Sosial media platformalarına maraqlı və yaradıcı yanaşmaya sahib olmalı;
Məsuliyyətli, aktiv və komandada işləməyi bacarmalı;
Satış sahəsində təcrübə üstünlükdür.
İş qrafiki: Həftədə 6 iş günü
İş saatı: 10:00 – 18:00
Əməkhaqqı: 400-600 AZN + bonus
Əgər moda sahəsində işləmək, insanlarla ünsiyyət qurmaq və sosial media məzmunlarının yaradılmasında iştirak etmək istəyirsinizsə, Delya Boutique komandasına qoşulun!
Əlaqə nömrəsi: 0709688698
Daha çox Satış vakansiyaları üçün saytına keçid edin.