Bölməyə daxil olan sorğuların təhlil edilməsi, araşdırılması və müvafiq tədbirlərin görülməsi;
Kart və digər rəqəmsal kanallar üzrə baş verən dələduzluq insidentlərinin təhlili, trendlərin və qabaqcıl təcrübələrin izlənilməsi;
Mövcud risklərin müəyyən edilməsi və mitigasiya planlarının təklif olunması;
Mövcud fraud nəzarət sistemlərinin təkmilləşdirilməsi və test proseslərində iştirak;
Təkrarlanan halların qarşısının alınması üçün effektiv həll yollarının təqdim edilməsi;
Bölmənin səlahiyyətlərinə aid məsələlər üzrə daxili və xarici sorğuların idarə olunması;
Daxili prosedur, təlimat və siyasətlərin təkmilləşdirilməsi prosesində iştirak;
Rəqəmsal dələduzluq hadisələrinin araşdırılmasına dəstək göstərilməsi, saxtakarlıq sxemlərinin müəyyənləşdirilməsi və onların qarşısının alınması üçün müvafiq təkliflərin verilməsi;
Trendlərin izlənilməsi, sxemlərin müəyyənləşdirilməsi və potensial saxtakarlıq hallarının proqnozlaşdırılması məqsədilə analitik alətlərdən istifadə;
Playbook-ların hazırlanması;
Analitik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
Erkən xəbərdarlıq sistemlərinin qurulması;
Əsas risk indikatorlarının hazırlanması.
Tələblər
Kompüter elmləri, statistika, iqtisadiyyat, informasiya sistemləri və ya informasiya təhlükəsizliyi sahələri üzrə bakalavr dərəcəsi;
Kart əməliyyatları, mobil bankçılıq və digər ödəniş alətləri sahəsində bank və ya fintech sektorunda minimum 3 il iş təcrübəsi;
Bank əməliyyatları, ödəniş sistemləri və kart texnologiyaları sahəsində biliklər;
SQL (Oracle) üzrə biliklər;
Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook və s.) və sorğu idarəetmə sistemləri (JIRA, OTRS və s.) ilə işləmə bacarığı;
Hüquqi və texniki sənədlərlə işləmək təcrübəsi;
İngilis dili — texniki terminologiya səviyyəsində, rus dili biliyi isə arzuolunandır;
Güclü analitik düşüncə qabiliyyəti, məxfi məlumatlarla işləmək bacarığı, yüksək məsuliyyət və etibarlılıq;
Məsuliyyətli, operativ və komandada işləmək bacarığı.
Daha çox Xidmət vakansiyaları üçün saytına keçid edin.