Görəcəyiniz işlər: Tələblərin qeydiyyatının aparılması və analiz edilməsi; Tələblərin bankın informasiya sistemində qeydiyyatının aparılması; Komanda və müştərilər ilə görülərin keçirilməsi və görüşlər üzrə qeydlərin aparılması; Proseslərin diagram formasında hazırlanması və optimizasiyası; Tələblər üzrə test simulyasiyalarının hazır edilməsi; Davamlı olaraq bilik və bacarıqlarının inkişaf etdirilməsi.Bizim üçün uyğun namizəd: Ali təhsili olan; Biznes analitika sahəsində 1-3 il iş təcrübəsi olan; Tapşırıq modulları (Task management) sistemlərindən biri (Jira/ Redmine) ilə işləmə bacarığı olan; Proseslərin diaqram formasında formalaşdırmaq bacarığı olan; Alqoritmik biliklərə sahib olan; Məlumat bazasını sorğulama üzrə bacarıqları (SQL) olan; Azərbaycan dili mükəmməl, ingilis dili biliyi yaxşı olan; Kredit prosesi üzrə, Dizaynda istifadə olunan terminlər üzrə və İnteqrasiya ilə bağlı biliklərə sahib olan; Analitik düşüncə qabiliyyəti olan, təşəbbüskarlığı olan problem həll etmək bacarığı olan, komandada işləmək, vaxtın idarəedilməsi və yüksək səviyyədə ünsiyyət bacarığı olan şəxsdir.