Strategiya ofisinin aparıcı \ baş mütəxəssisi (Core strategy \ Internal consulting) vakansiyası - İş elanları 2026
at
ABB
Yarı ştat
Elanın bitmə vaxtı
4 həftə sonra
Görəcəyiniz işlər:
Bankın strategiyası və əməliyyat planının müəyyən kateqoriyaları üzrə hazırlanması prosesini təşkil etmək və icrasını təmin etmək.
Konsaltinq layihələri və digər strateji layihələrin zamanı daxili məsləhçi qismində dəstək göstərmək və koordinasiya aparmaq;
Əsas fəaliyyət göstəriciləri və strateji metriklərin hazırlanmasında ABB Bank və törəmə müəssisələrin müvafiq strukturları ilə birgə işləmək.
Daxili və xarici mühit üzrə təhlillər aparmaq, nəticələri müvafiq strukturlara təqdim etmək və qərar qəbuluna dəstək göstərmək.
Törəmə müəssisələrinin strategiyalarının hazırlanmasında yaxından iştirak etmək və müvafiq strukturlarla müzakirələri aparmaq.
Yeni biznes istiqamətlərinin və törəmə müəssisələrin yaradılması məqsədilə potensial sahələr üzrə araşdırmalar və təkliflər hazırlamaq, eləcə də müvafiq strukturlarla müzakirə etmək;
Kənar məsləhətçilərlə aparılan layihələrin koordinasiyasını, keyfiyyətinə nəzarəti və daxili strukturlarla müvafiq müzakirələri təmin etmək.
Bizim üçün uyğun namizəd:
Ali təhsilli (xarici təhsil və ya beynəlxalq sertifikat üstünlükdür);
Ən azı 2 il iş təcrübəsi olan;
Konsultinq təcrübəsinə sahib olan;
Yaxşı səviyyədə MS Office proqramları biliyinə malik olan;
Xarici dilləri bilən (İngilis dili mütləqdir, rus arzuolunandır);
Data əsasında nəticə çıxarma, problem həll etmə və araşdırma bacarıqları olan;
Yüksək təqdimat və ünsiyyət qabiliyyətinəsahib olan şəxsdir.