Kredit məhsulları və kreditləşmə prosesləri üzrə risklərin ölçülməsi istiqamətində olan təhlilləri aparmaq;
Kredit müraciətləri və kredit qərarvermə proseslərini risk baxımından təhlil etmək, potensial kredit itkilərinə və fırıldaqçılıq hallarına səbəb ola biləcək risk faktorlarını müəyyən etmək;
Kredit risklərinin azaldılması, kredit itkilərinin və fırıldaqçılıq halların qarşısının alınması məqsədilə analitik əsaslandırılmış təkliflər hazırlamaq;
Xüsusilə rəqəmsal kreditləşmə proseslərində kredit qərarlarının keyfiyyətini, risk göstəricilərini və nəticələrini monitorinq etmək;
Kredit portfelinin keyfiyyətini, risk dinamikasını və əsas risk göstəricilərini təhlil etmək, problemli meylləri vaxtında müəyyən etmək;
Müştəri seqmentləri, kredit məhsulları və risk profilləri üzrə təhlillər aparmaq və potensial riskləri müəyyən etmək;
Kreditləşmə prosesini, kreditləşmə qaydaları, limitlər və qərarvermə mexanizmlərinin risk baxımından təhlilində iştirak etmək;
Kredit risk modellərinin, scoring və digər qərarvermə mexanizmlərinin nəticələrini monitorinq etmək və onların effektivliyini qiymətləndirmək;
SQL və digər analitik alətlərdən istifadə etməklə kredit portfeli və kreditləşmə prosesləri üzrə məlumatları çıxarmaq, təhlil etmək və nəticələr əsasında təkliflər hazırlamaq;
Əldə edilən və saxlanılan məlumatlarda, kredit proseslərində və qərarvermə mexanizmlərində uyğunsuzluqları, anomaliyaları və potensial riskləri müəyyən etmək;
Kredit məhsullarının və risk yanaşmalarının təkmilləşdirilməsi ilə bağlı əlaqəli və aidiyyəti komandalarla əməkdaşlıq etmək;
Kredit risklərinin vəziyyəti, portfelin keyfiyyəti və anderraytinq prosesinin effektivliyi barədə analitik hesabatlar və təqdimatlar hazırlamaq;
Bazar, müştəri davranışı və kredit məhsullarında baş verən dəyişiklikləri izləmək və onların kredit risklərinə potensial təsirini qiymətləndirmək.
Bizim üçün uyğun namizəd:
Maliyyə, İqtisadiyyat, Biznesin İdarə Edilməsi, Riyaziyyat, Statistika və ya əlaqəli sahələr üzrə ali təhsili olan;
Bank və maliyyə sektorunda, xüsusilə kredit riskləri, kredit analitikası, anderraytinq və ya əlaqəli sahələrdə ən azı 2-3 il iş təcrübəsi olan;
Kreditləşmə və anderraytinq prinsiplərini, kredit qərarvermə proseslərini və əsas risk faktorlarını dərindən bilən;
Kredit risklərinin azaldılması ilə yanaşmaları haqqında anlayışa sahib olan;
Excel və digər MS Office alətləri ilə yaxşı işləyə bilən;
SQL də təhlil aparılası səviyyəyə uyğun biliklərə sahib olan, Python dilini analitik məqsədlər üçün ümumi səviyyədə anlayan;
Statistika və data analitikası üzrə yaxşı biliklərə sahib olan;
Məlumatlardan biznes və risk baxımından nəticə çıxara bilən və analitik nəticələri praktik təkliflərə çevirə bilən;
Güclü analitik düşüncə və problem həll etmə bacarığına sahib olan;
Biznes tələblərini və kredit proseslərini anlayaraq onları analitik tapşırıqlara çevirə bilən;
Dinamik iş mühitində işləyə bilən, təşəbbüskar və nəticəyönümlü olan;
Güclü kommunikasiya və təqdimat bacarıqlarına sahib olan;
Yeni bilikləri sürətlə mənimsəyən və özünü davamlı inkişaf etdirməyə həvəsli olan şəxsdir.
Üstünlük hesab olunur:
Rəqəmsal kreditləşmə və ya avtomatlaşdırılmış qərarvermə prosesləri üzrə təcrübə;
Fraud risklərinin aşkarlanması və ya qarşısının alınması üzrə təcrübə;
Kredit risk modellərinin monitorinqi, back-testing və effektivliyinin qiymətləndirilməsi üzrə təcrübə;
Kredit siyasətlərinin, kredit qaydalarının və risk limitlərinin hazırlanması və ya təkmilləşdirilməsi üzrə təcrübə;
IFRS 9, ECL və ya Basel prinsipləri üzrə biliklər;
Python ilə data analitikası üzrə praktiki təcrübə;
Power BI, Qlik Sense, Tableau və ya digər analitik və vizuallaşdırma alətləri ilə iş təcrübəsi.
Daha çox Xidmət vakansiyaları üçün saytına keçid edin.