Əsas vəzifələr:

•         Şirkətin rəqəmsal marketinq fəaliyyətlərinin həyata keçirilməsində Marketinq komandasına dəstək olmaq;

•         Meta Ads, Google Ads, TikTok Ads və digər rəqəmsal platformalarda reklam kampaniyalarının hazırlanması və idarə olunması prosesində iştirak etmək;

•         Reklam kampaniyalarının gündəlik monitorinqində və nəticələrin izlənilməsində iştirak etmək;

•         Reklam kampaniyalarının əsas göstəricilərini (CTR, CPC, CPM, CPA, ROAS və s.) öyrənmək və analiz etmək;

•         Hədəf auditoriyalarının müəyyənləşdirilməsi və remarketing kampaniyalarının hazırlanması prosesində dəstək olmaq;

•         Google Analytics 4 (GA4), Google Tag Manager və digər analitika alətləri ilə işləməyi öyrənmək və istifadəçi davranışlarının təhlilinə dəstək olmaq;

•         Veb-saytın rəqəmsal performansının və SEO göstəricilərinin izlənilməsində iştirak etmək;

•         Rəqib və bazar araşdırmalarının aparılmasına dəstək olmaq;

•         Sosial media kontent planının hazırlanmasında iştirak etmək və kreativ komanda ilə koordinasiyalı işləmək;

•         Influencer əməkdaşlıqları və rəqəmsal marketinq layihələrinin həyata keçirilməsində dəstək olmaq;

           İş şəraiti:

•         Əmək haqqı: 200 azn Nett əmək haqqı  (Şirkət tərəfindən verilir)

•         İş yeri: Bakı şəhəri, 25 Plaza;

•         İş qrafiki: 5 günlük (Bazar ertəsi–Cümə);

•         Əmək münasibətləri: AR Əmək Məcəlləsinə uyğun olaraq rəsmiləşdirilir.

 

          Namizədə tələblər:

•         Marketinq, Biznesin İdarə Edilməsi və ya əlaqəli sahələr üzrə ali təhsil alan və ya yeni məzun olmuş namizədlər;

•         Rəqəmsal marketinq sahəsinə maraq və bu istiqamətdə inkişaf etmək istəyi;

•         Meta Ads, Google Ads, TikTok Ads və digər rəqəmsal marketinq platformaları haqqında ilkin biliklərin olması üstünlükdür;

          Müvafiq kurs, sertifikat və ya şəxsi layihələrin olması üstünlükdür.

•         SEO və SEM haqqında ümumi anlayış;

•         Excel və ya Google Sheets proqramlarında işləmək bacarığı;

•         Analitik düşüncə və rəqəmlərlə işləməyə maraq;

•         Öyrənməyə açıq və inkişafyönümlü olmaq;

•         Yaradıcı və təşəbbüskar yanaşma;

•         Komanda ilə işləmək bacarığı;

•         Məsuliyyətli, diqqətli və nəticəyönümlü olmaq.

Tələblərə uyğun namizədlər mövzu hissəsində “Rəqəmsal Marketinq üzrə Təcrübəçi” qeyd etməklə şəkilli CV-lərini hr@emsan.com.az ünvanına göndərə bilərlər.

 

Maaş

200 AZN

Aylıq esasinda

Məkan

Bakı, 25 plaza, Şəmsi Rəhimov

İşə Baxış
Elan əlavə edildi:
17 saat əvvəl
Elanın bitmə vaxtı:
4 həftə sonra
İş Tipi
Təcrübəçi
İş Rolu
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Bakı, 25 plaza, Şəmsi Rəhimov