Komandamıza həm brendin sosial mediada siması olacaq idarə edəcək, həm kontent yaradacaq, həm də satış proseslərinə qismən sadəcə dəstək göstərəcək enerjili və məsuliyyətli əməkdaş axtarırıq.

Vəzifə və öhdəliklər

* Brendin siması (Brand Face) olaraq video kontentlərdə iştirak etmək;
* Sosial media səhifələrinin gündəlik idarə olunması;
* Telegram kanalının idarə olunması və aktivliyinin təmin edilməsi;
* Kontent ideyalarının hazırlanması və çəkiliş prosesində iştirak etmək;
* Özbəkistan bazarı üçün uyğun kontentlər hazırlamaq və videoların kəşfət potensialını artırmaq;
* Özbəkistan layihəsi üzrə gələn müraciətlərin idarə olunmasında iştirak etmək;
* Azərbaycandakı təhsil şirkətimizin satış əməkdaşına sadəcə dəstək olmaq;
 

Tələblər və bacarıqlar

* Digital marketing və rəqəmsal reklam sahəsində anlayış;
* Sosial media və kontent yaratmaq bacarığı;
* Kamera qarşısında rahat və sərbəst olmaq;
* Lifestyle formatında videolar çəkə bilmək;
* Sosial media trendlərini və kəşfət məntiqini anlamaq;
* Satış və müştəri ünsiyyətinə maraq;
* Güclü kommunikasiya bacarığı;
* Məsuliyyətli, aktiv və öyrənməyə açıq olmaq;
* Komanda ilə işləmə bacarığı.

Əməkhaqqı və bonus sistemi

* Azərbaycandakı təhsil şirkətinin satışlarından bonus/faiz;
* Özbəkistan layihəsinin nəticə və satışlarından əlavə bonus/faiz.
 

Maaş

700 AZN

Aylıq esasinda

Məkan

Bakı, Fikrət Əmirov 2

İşə Baxış
Elan əlavə edildi:
3 gün əvvəl
Elanın bitmə vaxtı:
3 həftə sonra
İş Tipi
Tam ştat
İş Rolu
Təhsil
İstənilən
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Bakı, Fikrət Əmirov 2