VAKANSİYA | ALMAN DİLİ MÜƏLLİMİ 

Tədris komandamıza Alman dilini yüksək səviyyədə bilən, öz sahəsində peşəkar və nəticəyönümlü Alman dili müəllimi axtarırıq.

Namizədə əsas tələblər:
• Alman dili biliyinin minimum c1 səviyyədə olması
• Qrammatika, danışıq, yazı, oxu və dinləmə bacarıqlarının peşəkar səviyyədə tədrisi
• Xaricdə universitet təhsili üçün tələb olunan TestDaF, DSH, telc, Goethe-Zertifikat və digər Alman dili imtahanlarına hazırlıq keçmək bacarığı
• Tələbələri A1–C1 səviyyələri üzrə sistemli şəkildə hazırlamaq
• Fərdi və qrup dərslərini effektiv təşkil etmək
• Müasir və nəticəyönümlü tədris metodlarından istifadə etmək
• Məsuliyyətli, punktual və peşəkar iş yanaşmasına sahib olmaq
• Müvafiq sahədə müəllimlik təcrübəsinin olması üstünlükdür

Vəzifə öhdəlikləri:
• Alman dili üzrə fərdi və qrup dərslərinin keçirilməsi
• Tələbələrin mövcud səviyyəsinin müəyyənləşdirilməsi və məqsədlərinə uyğun tədris planının hazırlanması
• Universitet qəbulu və təhsil məqsədilə tələb olunan Alman dili sertifikat imtahanlarına hazırlığın aparılması
• Tələbələrin inkişafının və imtahan hazırlığının mütəmadi izlənilməsi
• Keyfiyyətli və nəticəyönümlü tədrisin təmin edilməsi

Əməkhaqqı: Razılaşma yolu ilə müəyyən edilir.

📩 Müraciət üçün:
Maraqlanan namizədlər CV-lərini xezeracademy@gmail.com elektron poçt ünvanına göndərə bilərlər.

Yalnız Alman dili biliyi yüksək səviyyədə olan və tədris prosesinə peşəkar yanaşan namizədlərin müraciət etməsi xahiş olunur.

Maaş

Razılaşma ilə

Aylıq esasinda

Məkan

Bakı, 28 may Rəşid Behbudov. AF city

İşə Baxış
Elan əlavə edildi:
1 gün əvvəl
Elanın bitmə vaxtı:
3 həftə sonra
İş Tipi
Yarı ştat
İş Rolu
Təhsil
Bakalavr
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Bakı, 28 may Rəşid Behbudov. AF city