Rəqamsal Sistemlərin inkişafı departamenti, Mütəxəssis (Rəqəmsal Dəstək üzrə)
at
Rabitabank OJSC
Yarı ştat
“Rabitəbank” ASC Rəqamsal Sistemlərin inkişafı departamenti, Rəqəmsal xidmətlərin inkişafı şöbəsinə Mütəxəssis (Rəqəmsal Dəstək üzrə) vəzifəsi üzrə işə qəbul elan edir. Vəzifə öhdəlikləri : Fiziki və korporativ müştərilər üçün mobil bankçılıq tətbiqləri və Telegram botu ilə bağlı texniki problemlərin araşdırılması və həlli; Call center və digər bank strukturlarından daxil olan texniki nasazlıqları araşdırmaq, ilkin dəyərləndirmə aparmaq və zərurət olduqda texniki heyətə yönləndirmək; PL/SQL biliklərindən istifadə edərək verilənlər bazasında sorğun icrası və analiz edilməsi; REST API-lərlə işləmək, problemləri diaqnostika və test etmə bacarığı; Daxil olan telefon zənglərinə cavab vermək və müştərilərin sorğunu cavablandırmaq; Müştəri problemlərinin operativ və effektiv həll edilməsini təmin etmək; Core bankçılıq sistemi ilə qarşılıqlı əlaqədə işləmək. Namizəd üçün Tələblər: Azı 1 il texniki dəstək sahəsində iş təcrübəsi; PL/SQL biliklərinin olması; REST API anlayışı və bu sahədə təcrübə; Call center və digər şöbələrlə effektiv kommunikasiya bacarığı; Problemləri analiz edib tez bir zamanda həll etmə bacarığı; Bank sistemləri və mobil bankçılıq üzrə təcrübə üstünlükdür; Bank sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcək.