"GL" ASC (Sizin Lombard)

Gəncə şəhərində yerləşən filiallar üzrə
📌 Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir!

Əsas vəzifə öhdəlikləri:

  • Aktiv satışların təşkili və potensial müştərilərin cəlb olunması;
  • Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlanılması;
  • Müştəri müraciətlərinin qəbulu, təhlili, kredit komitəsinə təqdimatı və rəsmiləşdirilməsi;
  • Yeni kredit məhsulları və satış metodları üzrə təkliflərlə çıxış etmək;
  • Müştəri məmnuniyyətini təmin etmək məqsədilə operativ və keyfiyyətli xidmət göstərmək, daxil olan şikayət və müraciətləri yerində araşdırmaq;
  • Kreditləşmə ilə bağlı sənədlərin düzgün və vaxtında hazırlanmasını təmin etmək.

Namizəddən tələblər:

  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Ali və ya natamam ali təhsil;
  • Yüksək ünsiyyət bacarığı və müştəriyönümlü yanaşma;
  • Fərdi və komanda ilə işləmək bacarığı;
  • Microsoft Office proqramlarında (xüsusilə Word və Excel) sərbəst işləmək bacarığı;
  • Bank və ya bank olmayan kredit təşkilatlarında, xüsusilə lombard sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir;

İş şəraiti:

  • İş qrafiki: Bazar ertəsi – Cümə | 09:00 – 18:00
  • Əməkhaqqı və bonus sistemi:
    • Başlanğıc kateqoriya: 400 AZN əməkhaqqı + 800 AZN bonus = 1200 AZN
    • Yuxarı kateqoriya: 600 AZN əməkhaqqı + 1200 AZN bonus = 1800 AZN

Müraciət qaydası:

Tələblərə uyğun olan namizədlərdən “Kredit üzrə mütəxəssis (müvafiq filialın adı ilə)” başlığı ilə CV-lərini
📧 vakansiya@glasc.az elektron ünvanına göndərmələri xahiş olunur.

Yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.
Qeyd edək ki, göndərilən CV-lər şirkətimizin məxfi məlumat bazasında saxlanılır.

Əlaqə:

📍 Ünvan: Gəncə şəh, Atatürk pr 230A
📞 Telefon: (+994 50) 248 10 00
🌐 Vebsayt: www.sizinlombard.az
 

 

Maaş

Razılaşma ilə Razılaşma əsasında

Aylıq esasinda

Məkan

Gəncə, Atatürk pr 230A

İşə Baxış
Elan əlavə edildi:
2 saat əvvəl
Elanın bitmə vaxtı:
4 həftə sonra
İş Tipi
Tam ştat
İş Rolu
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Gəncə, Atatürk pr 230A