Vəzifə öhdəlikləri

Metal qəliblərin (pres qəlibləri, formalar, kəsici və formalaşdırıcı alətlər və s.) konstruktiv layihələndirilməsini həyata keçirmək.
Qəlib və metal konstruksiyaların SolidWorks proqramı vasitəsilə 2D və 3D modellərinin hazırlanmasını təmin etmək.
Qəliblərin texniki çertyojlarını, ölçülərini, toleranslarını və yığma sxemlərini istehsal tələblərinə uyğun şəkildə hazırlamaq.
İstehsal prosesinə uyğun olaraq material seçimi, mexaniki möhkəmlik və istismar davamlılığı üzrə texniki hesablamalar aparmaq.
Qəliblərin istehsalat prosesində tətbiqi zamanı yaranan texniki problemləri təhlil etmək və konstruktiv həllər təklif etmək.
İstehsalat, texnologiya və mexanika şöbələri ilə sıx əməkdaşlıq edərək konstruktiv həllərin praktik icrasını təmin etmək.
Qəliblərin optimallaşdırılması, istehsal xərclərinin azaldılması və istehsalat səmərəliliyinin artırılması məqsədilə təkmilləşdirmə təklifləri vermək.
Qəliblərin sınaqdan keçirilməsi mərhələsində iştirak etmək, sınaq nəticələrinə əsasən konstruktiv dəyişikliklər aparmaq.
Qəliblərin texniki standartlara, təhlükəsizlik və keyfiyyət tələblərinə uyğunluğunu təmin etmək.
Layihələr üzrə vaxt qrafikinə əməl olunmasına nəzarət etmək və görülən işlər barədə rəhbərliyə hesabatlar təqdim etmək.

Tələblər

Müvafiq sahə üzrə Ali təhsil;

SolidWorks və ya oxşar CAD proqramlarında işləmək bacarığı;

Müvafiq iş təcrübəsi: 5 ildən çox.

İş şərtləri

İş qrafiki: 5 iş günü (08:00 – 17:00)
Əmək haqqı: 800 – 1,200 AZN (iş təcrübəsinə uyğun olaraq əmək haqqı dəyişə bilər)

İş yeri: Abşeron rayonu, Fatmayı kəndi, Qara Qarayev küçəsi

Əlaqə nömrəsi:  050-231-12-06 HR

Mail ünvanı: hr@azprom.az

Daha çox Müxtəlif vakansiyaları üçün saytına keçid edin.

Maaş

800 - 1,200 AZN

Aylıq esasinda

Məkan

Bakı, Fatmayı kəndi

İşə Baxış
Elan əlavə edildi:
15 saat əvvəl
Elanın bitmə vaxtı:
4 həftə sonra
İş Tipi
Tam ştat
İş Rolu
Digər
Təhsil
İstənilən
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Bakı, Fatmayı kəndi