Bankın müştərilərinə daxili qaydalara uyğun olaraq yüksək səviyyədə xidmət göstərmək;
Bankın təqdim etdiyi bütün növ bank məhsulları və göstərilən xidmətlər barədə məlumatların müştərilərə təqdim olunmasını təmin etmək;
Şikayət və digər müraciətlərlə bağlı filial rəhbərliyinə operativ şəkildə məlumat vermək;
Müştəri sorğularına əsasən Bankın təqdim etdiyi məhsullar, xidmətlər, tariflər, terminalların dislokasiyası və digər aidiyyəti məsələlərlə bağlı müvafiq məlumatların verilməsini təmin etmək;
Qanunvericiliklə və Bankın daxili prosedurları ilə müəyyən edilən digər məlumatların aidiyyəti üzrə verilməsini təmin etmək.
Tələblər
Ali təhsil (iqtisadiyyat, maliyyə, bank işi, biznesin idarə edilməsi və digər uyğun ixtisaslar üzrə təhsil arzuolunandır);
Azərbaycan dilini sərbəst bilməsi (rus və ingilis dili biliyi arzuolunandır);
Bank işi, müştəri xidməti, satış və ya xidmət sahəsində iş təcrübəsinin olması üstünlükdür;
Müştərilərlə effektiv ünsiyyət qurmaq və yüksək səviyyədə xidmət göstərmək bacarığı;
Komandada işləmək bacarığı;
Operativ qərarvermə və problemləri həll etmə bacarığı;
MS Office proqramlarında işləmək bacarığı.
Daha çox Xidmət vakansiyaları üçün saytına keçid edin.