Müştəri Əlaqələri və Sosial Media Mütəxəssisi (Günorta növbəsi)
Vəzifə öhdəlikləri
Instagram, TikTok, Facebook, WhatsApp və digər onlayn platformalar üzərindən daxil olan müraciətlərin operativ cavablandırılması.
Gün ərzində avtomobil sahibləri ilə daimi əlaqənin saxlanılması.
Sürücü müraciətlərinin Uber və Yango platformalarında, həmçinin SMS Radar sistemində yoxlanılması və aidiyyəti üzrə avtomobil sahibinə yönləndirilməsi.
Gün ərzində TikTok platformasında canlı yayımlar edərək şirkət haqqında məlumat vermək (sima görünəcək).
Avtomobil sahiblərinin qarşılaşdığı problemlərin operativ şəkildə həll edilməsinə dəstək göstərmək.
İş şəraiti
İş qrafiki: Həftənin 6 günü (günorta növbəsi), 14:00 – 23:30
Həftədə 1 gün istirahət.
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi.
Əmək haqqı namizədin təcrübə və bacarıqlarına əsasən müsahibə zamanı müəyyən edilir.