Təsvir

  • Bankın marketinq strategiyasına uyğun ənənəvi marketinq fəaliyyətlərini planlaşdırmaq və icra etmək;
  • ATL/BTL kampaniyalarını, marketinq tədbirlərini və sponsorluq layihələrini koordinasiya etmək, nəticələrini təhlil etmək;
  • Reklam agentlikləri, vendorlar və daxili struktur bölmələri ilə əməkdaşlığı idarə etmək;
  • POSM materiallarının istehsalı, brend standartlarına uyğunluğu və filiallara çatdırılmasına nəzarət etmək;
  • Marketinq layihələrinin icrasını təmin etmək, hesabatlar hazırlamaq və kampaniyaların effektivliyini qiymətləndirərək təkliflər vermək;
  • Bazar araşdırmaları aparmaq və marketinq tendensiyalarını təhlil etmək.


Tələblər

  • Marketinq sahəsində minimum 3 il iş təcrübəsi;
  • ATL və BTL kampaniyalarının planlaşdırılması və icrası üzrə təcrübə;
  • Kampaniyaların effektivliyinin təhlili və hesabatların hazırlanması bacarığı;
  • Media agentlikləri və reklam istehsalçıları ilə əməkdaşlıq təcrübəsi;
  • POSM materiallarının hazırlanması və istehsal prosesinin idarə edilməsi təcrübəsi;
  • Analitik düşüncə tərzi və nəticəyönümlü yanaşma;
  • Güclü təşkilatçılıq, planlama və koordinasiya bacarıqları.


Maaş

Razılaşma ilə

Aylıq esasinda

Məkan

Bakı, Azərbaycan

İşə Baxış
Elan əlavə edildi:
3 saat əvvəl
Elanın bitmə vaxtı:
4 həftə sonra
İş Tipi
İş Rolu
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Bakı, Azərbaycan