Videoqraf-Təcrübəçi (Intern Videographer) axtarılır!


​Kamera arxasına keçmək, real layihələrdə çəkiliş təcrübəsi qazanmaq və bu sahənin peşəkarlarından öyrənmək istəyirsən? "ONE" rəqəmsal agentliyi komandamıza qoşulacaq enerjili və öyrənməyə həvəsli Videoqraf-Təcrübəçi axtarır!
​Bu sadəcə bir təcrübə proqramı deyil, həm də sənin üçün peşəkar bir akademiyadır.
​Biz nə təklif edirik?
​Peşəkar Təlim: Videoqrafiyanın sirlərini, işıq, kompozisiya və montaj texnikalarını praktiki olaraq peşəkarlardan öyrənmək şansı;
​Təlimçi: Bütün təlimlər bu sahədə peşəkar olan Mahir Əzizov tərəfindən fərdi və detallı şəkildə keçiriləcək;
​Real Təcrübə: Nəzəriyyədə qalmırıq! İlk günlərdən real çəkiliş meydançalarında olacaq, prosesi daxildən öyrənəcəksən;
​Yaradıcı Mühit: Agentlik mühitinin dinamikasını hiss etmək və fərqli layihələrdə özünü göstərmək imkanı.
​Səndən nə gözləyirik?
​Çəkiliş meydançasında komandaya texniki dəstək göstərmək (avadanlıqların qurulması, işıq və s. köməklik);
​Çəkilişlərə paralel olaraq gedib prosesi vizual olaraq mənimsəmək;
​Video sahəsinə böyük maraq və öyrənmək, inkişaf etmək istəyi;
​Punktuallıq, komanda ilə rahat ünsiyyət qurma bacarığı.
​Vacib Qeyd: Bu sahədə öncədən hər hansı bir biliyinin, təcrübəsinin və ya avadanlıqlarla tanışlığının olub-olmaması heç bir problem deyil. Biz sənə hər şeyi tam sıfırdan və ən kiçik detallarına qədər öyrədəcəyik! Bizim üçün ən önəmli meyar sənin öyrənmək həvəsindir.
​Müraciət üçün:
CV (varsa motivasiya məktubu və ya özünü qısa təqdim edən bir yazı) ilə birlikdə ourneweyeone@gmail.com ünvanına "Videoqraf-Təcrübəçi" başlığı ilə göndərə bilərsən.

Maaş

Razılaşma ilə

Aylıq esasinda

Məkan

Bakı, Mikayil Rəfili, 39

İşə Baxış
Elan əlavə edildi:
8 saat əvvəl
Elanın bitmə vaxtı:
4 həftə sonra
İş Tipi
Təcrübəçi
İş Rolu
Təhsil
İstənilən
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Bakı, Mikayil Rəfili, 39