Mövcud marketinq strategiyası və biznes hədəflərinə uyğun marketinq fəaliyyətlərinin planlaşdırılması və icrasının təmin edilməsi;
Marketinq kampaniyalarının və müxtəlif marketinq layihələrinin brief mərhələsindən yekun icraya qədər planlaşdırılması, koordinasiyası və nəticələrinin təhlili;
Brendin əsas kommunikasiya mesajlarının sosial media, influencer, PR, mağazadaxili kommunikasiya, ATL, BTL və digər kanallarda düzgün və ardıcıl tətbiqinin təmin edilməsi;
Mövcud kommunikasiya kanallarının və marketinq resurslarının layihənin məqsədinə uyğun dəyərləndirilməsi və effektiv istifadəsinin planlaşdırılması;
Kontent, kreativ konsepsiya və kommunikasiya materiallarının hazırlanması prosesinin koordinasiyası, onların əsas məqsəd və mesajla uyğunluğuna nəzarət;
Agentliklər, influencerlər, istehsalçılar və digər xarici tərəfdaşlarla işlərin koordinasiyası;
Marketinq layihələrinin büdcə, vaxt, prioritet və keyfiyyət tələblərinə uyğun icrasının təmin edilməsi;
Kampaniya və layihələrin nəticələrinin təhlili, uğurlu və zəif tərəflərin müəyyən edilməsi və növbəti fəaliyyətlər üçün təkliflərin hazırlanması;
Bazar, rəqib və istehlakçı davranışlarının izlənilməsi və əldə olunan məlumatların marketinq fəaliyyətlərində nəzərə alınması;
Şirkətin digər şöbələri ilə koordinasiyalı əməkdaşlığın təmin edilməsi.
Tələblər
Ali təhsil (Marketinq, biznes idarəçiliyi, kommunikasiya və ya əlaqəli sahədə);
Marketinq kommunikasiyası, kampaniya və ya marketinq layihələrinin idarə edilməsi üzrə minimum 3 il praktiki iş təcrübəsi;
Marketinq və kommunikasiya kanalları, kontent və kreativ istehsal prosesləri haqqında yaxşı anlayış;
Əsas məqsəd və prioritetləri müəyyən etmək, böyük mənzərəni görmək və bunu konkret icra planına çevirmək bacarığı;
Güclü planlama, prioritetləşdirmə və layihə koordinasiyası bacarığı;
Analitik düşüncə, nəticəyönümlülük və detallara diqqət;
Eyni vaxtda bir neçə layihəni keyfiyyətli və vaxtında idarə etmək bacarığı;
Güclü şifahi və yazılı kommunikasiya bacarıqları;
Xarici dil biliyi olaraq rus və ingilis dili biliyi üstünlükdür.