Birbankda kreditləşmə şərtlərinə nəzarət proseslərinin təhlili və monitorinqində iştirak edəcək, kredit riskləri üzrə analitik yanaşmaya və güclü texniki biliklərə sahib təcrübəçi axtarırıq.
+ ' ' +Maliyyə, İqtisadiyyat, Biznesin İdarə Edilməsi, Riyaziyyat, Statistika və ya əlaqəli sahələr üzrə ali təhsil;
Kredit riskləri üzrə biliklər;
Məlumatların təhlili və emalı üzrə SQL və Python proqramlaşdırma dillərində yüksək səviyyədə biliklər;
Məlumatların biznes və risk baxımından təhlili bacarığı;
Analitik düşüncə və problem həll etmə bacarığı;
Biznes tələbləri və kredit prosesləri üzrə anlayış;
Dinamik iş mühitinə uyğunlaşma, təşəbbüskarlıq və nəticəyönümlülük;
Güclü kommunikasiya və təqdimat bacarıqları;
Sürətli öyrənmə və davamlı inkişaf motivasiyası.
Peşəkar inkişaf: Bank sektorunda praktiki bilik və bacarıqlar qazanmaq;
Mentorluq: Təcrübəli mütəxəssislərlə işləyərək onlardan öyrənmək;
Karyera imkanı: Təcrübə müddətində uğurlu nəticə göstərən namizədlərin gələcəkdə iş imkanları ilə təmin olunması;
Şəxsi inkişaf: Analitik düşüncə, hesabatlılıq və komanda ilə işləmə bacarıqlarının gücləndirilməsi;
İş mühiti: Dostluq və dəstəkçi komanda ilə rahat iş mühiti.
+ ' ' +Kreditlərin monitorinqi və kredit portfelinin təhlili proseslərində iştirak etmək;
Monitorinq üçün zəruri məlumatların toplanması və təhlilinə dəstək olmaq;
Kredit riskləri və aşkar edilmiş uyğunsuzluqlar üzrə ilkin analizlər aparmaq;
Monitorinq və analitik hesabatların hazırlanmasında iştirak etmək;
Kreditləşmə prosesləri və müvafiq qayda və prosedurları öyrənmək;
Rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.