Birbankda Kredit Portfelinə Nəzarət Departamentinin Kreditləşmə şərtlərinə nəzarət şöbəsinə analitik düşüncəyə və liderlik bacarıqlarına malik, kreditlərin monitorinqini həyata keçirəcək, kredit portfelinin keyfiyyətinə və kreditləşmə şərtlərinə nəzarət edəcək, aşkar edilmiş nöqsan və risklərin aradan qaldırılması üçün tövsiyələr verəcək və kreditləşmə prosesinin Bankın daxili qayda və prosedurlarına uyğunluğunu təmin edəcək peşəkar axtarırıq.

+ ' ' +

Ali iqtisadi təhsil;

Bank və ya maliyyə sahəsində nəzarət, audit, kreditlərin monitorinqi və ya kredit risk idarəçiliyində minimum 3 il rəhbərlik təcrübəsi;

Təqdimat və kommunikasiya bacarıqları;

Analitik düşüncə;

Liderlik bacarığı;

BI alətlərindən (Tableau, Power BI, Dataiku), Excel və SQL yüksək səviyyədə istifadə etmək bacarığı;

Yüksək səviyyədə Azərbaycan və ingilis dili biliyi (Rus dili biliyi arzuolunandır).



+ ' ' +
  • İnkişaf imkanları
  • Rəqabətli əmək haqqı və bonuslar
  • Yüksək təminatlı sığorta
  • Dəstəkləyici mühit
  • Visa Premium əmək haqqı kartı
  • Korporativ endirimlər
  • Korporativ tədbirlər
  • Əlavə məzuniyyət
  • Güzəştli təhsil və işçi krediti
+ ' ' +

Kreditləşmənin Bankın müvafiq qayda və prosedurlarına uyğun həyata keçirilməsinə nəzarət etmək;

Monitorinq zamanı aşkar edilmiş nöqsan və pozuntuların aradan qaldırılması üzrə tövsiyələr vermək və onların yerinə yetirilməsinə nəzarət etmək;

Kredit portfelinin keyfiyyətinə nəzarət etmək;

Bankın kredit siyasətinin həyata keçirilməsində iştirak etmək, bu siyasətin tələblərinə əsasən kreditlərin monitorinqlərinin icrasını təmin etmək;

Monitorinqlərin aparılması məqsədi ilə zəruri məlumatları aidiyyatı qurumlardan əldə etmək;

Monitorinq predmeti olacaq yeni sahələrin xüsusiyyətlərini öyrənmək.

 

Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.

Maaş

Razılaşma ilə

Aylıq esasinda

Məkan

Bakı

İşə Baxış
Elan əlavə edildi:
7 saat əvvəl
Elanın bitmə vaxtı:
4 həftə sonra
İş Tipi
İş Rolu
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Bakı