Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC İlkin təqib üzrə kiçik mütəxəssis vakansiyasını elan edir.

 

Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.

 

Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

 

Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.

 

Hansı özəlliklərə malik olmalıdır?

 

  • 21-29 yaş aralığında gənclər
  • Ali təhsil
  • Əla səviyyədə azərbaycan dili (Rus dili biliyi üstünlükdür)
  • Stresə davamlılıq, təmkinlilik, tələbkarlıq
  • Çevik qərar qəbuletmə, nəticə yönümlülük

 

İlkin təqib üzrə kiçik mütəxəssis nə iş görür?

  • Gecikmədə olan faktorinq portfellərinin təqib edilməsi
  • Faktorinq xidməti üzrə gecikməsi olan müştərilərlə əlaqə yaradılması
  • Gecikmə səbəblərinin araşdırılması və sistemə qeyd edilməsi
  • Faktorinq üzrə ödənişlərin qaytarılmasının təmin edilməsi

 

Əlavə məlumat

  • 5 günlük iş qrafiki: 09:00 – 18:00
  • Əmək haqqı: 400 Azn  + Bonus

 

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “İlkin təqib üzrə kiçik mütəxəssis” qeyd etməklə hr@ferrumcapital.az e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

 

Maaş

400 - 600 AZN

Aylıq esasinda

Məkan

Bakı, Bakı şəh, Xətai rayonu Xocalı Prospekti

İşə Baxış
Elan əlavə edildi:
9 saat əvvəl
Elanın bitmə vaxtı:
4 həftə sonra
İş Tipi
Tam ştat
İş Rolu
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Bakı, Bakı şəh, Xətai rayonu Xocalı Prospekti