“City finance” Bank Olmayan Kredit Təşkilatı MMC İstehlak kreditləri üzrə kiçik mütəxəssis elan edir.

“City Finance” bank olmayan kredit təşkilatıdır. BOKT 2014-cü ildən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş lisenziya əsasında fəaliyyətə başlayaraq müxtəlif növ kreditlərin verilməsi xidmətini göstərir.

“City Finance” uzun müddətli və aşağı faiz dərəcəli kredit təklifləri ilə bərabər rahat ödəmə üsulları da təklif edir. Şirkətin iş prinsipini müştəriyə yönəlik fəaliyyət, yüksek keyfiyyətli və daha sərfəli şərtlərlə xidmət etmək təşkil edir.

Hansı özəlliklərə malik olmalıdır?

  • Ali təhsil (maliyyə, kredit, iqtisadiyyat və digər əlaqəli sahə üzrə)
  • 21-29 yaş aralığı
  • Əla səviyyədə azərbaycan dili (Rus dili biliyi üstünlükdür)
  • Yüksək səviyyədə riyazi biliklər və analitik qabiliyyət 
  • Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı
  • MS Excel üzrə biliklər

İstehlak kreditləri üzrə kiçik mütəxəssis nə iş görür?

  • Müştərilərin istehlak krediti şərtləri barədə məlumatlandırılması 
  • Kredit üzrə müraciətlərinin qəbulu və analizi
  • Kreditləşmə üzrə müvafiq sənədləşmənin həyata keçirilməsi
  • Kredit portfelinə nəzarət edilməsi və gündəlik ödəmələrin təqib edilməsi

Əlavə məlumat

  • 5 günlük iş qrafiki: 10:00 – 19:00
  • Əmək haqqı: 400 AZN (Net) + Bonus

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “İstehlak kreditləri üzrə kiçik mütəxəssis” qeyd etməklə  hr@cityfinance.az e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Maaş

400 AZN

Aylıq esasinda

Məkan

Bakı, Bakı şəh, Xətai rayonu Xocalı Prospekti

İşə Baxış
Elan əlavə edildi:
6 saat əvvəl
Elanın bitmə vaxtı:
4 həftə sonra
İş Tipi
Tam ştat
İş Rolu
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Bakı, Bakı şəh, Xətai rayonu Xocalı Prospekti