İnformasiya sistemlərinin mühafizəsi Şöbəsinin müdiri
at
Unibank ASC
Elanın bitmə vaxtı
4 həftə sonra
Təsvir
Bankın informasiya və İT sistemlərinin texniki mühafizəsini təşkil edib idarə etmək;
IDS/IPS, antivirus, şifrələmə və digər təhlükəsizlik vasitələrinin tətbiqinə ümumi nəzarəti həyata keçirmək;
Təhlükəsizlik monitorinqini təşkil etmək, kritik hadisə və anomaliyalar üzrə araşdırmalara rəhbərlik etmək;
Təhdidlərə cavab tədbirlərini koordinasiya etmək;
İnformasiya sistemlərinin təhlükəsizliyinin qanunvericiliyin tələblərinə, tənzimləyici normalara və Bankdaxili qayda, siyasət və standartlara uyğunluğunu təmin etmək;
Şöbənin prosedur, qayda və metodoloji sənədlərinin hazırlanmasını təmin etmək, əməkdaşlar arasında iş bölgüsünü aparmaq və icra intizamına nəzarət etmək.
Tələblər
Ali təhsil (İnformasiya texnologiyaları, kiber təhlükəsizlik və ya əlaqəli sahə üzrə);
Sahə üzrə ən azı 7 il iş təcrübəsi;
ISO 27001, NIST, COBIT standartları üzrə biliklər;
Şəbəkə təhlükəsizliyi, server inzibatçılığı, təhdid analizi və insidentlərin idarə edilməsi üzrə təcrübə;
Yüksək təzyiq və qeyri-müəyyən mühitdə operativ qərarvermə və komandanı effektiv idarəetmə bacarığı;
Yaxşı səviyyədə ingilis və ya rus dili biliyi;
Krizis vəziyyətlərinin idarə olunması və risklərin düzgün qiymətləndirilməsi bacarığı;