Statistika biliyi olan, analitik düşüncəyə və problemləri həll etmə qabiliyyətinə malik motivasiyalı təcrübəçilər axtarışındayıq. Siz, təcrübə müddəti ərzində məlumat analizi və başqa müvafiq istiqamətlər üzrə təcrübələr qazanacaqsınız. Power BI, SQL, Tableau kimi qabaqcıl texnologiyalarla işləyərək öz inkişafınıza töhfə verəcəksiniz.
+ ' ' +Yüksək səviyyədə Microsoft Excel üzrə biliklər;
Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
Fundamental statistika biliyi, iri həcmli məlumat bazası və SQL sorğu dili ilə işləmək bacarığı;
Vizualizasiya alətləri (Tableau, Power BI kimi) ilə işləmək bacarığı.
+ ' ' +
Bacarıqlarınızı inkişaf etdirin və maliyyə texnologiyasında istifadə olunan ən son alətlər ilə tanış olun;
Böyük və güclü komanda ilə işləmək imkanı əldə edin;
Biliklərinizin real iş mühitində necə tətbiq olunduğunu kəşf edin və fintex sənayesinin dinamik mühitinə dair anlayış qazanın.
+ ' ' +Toplanmış məlumatların ümumi analizini təşkil edir, aparılmış analizlər əsasında hesabat və təkliflərin hazırlanmasını təşkil edir;
Dövri statistik icmalın hazırlanması, statistika üçün məlumatların toplanması və ümumiləşdirilməsində iştirak edir;
Hesabatların düzgünlüyünə nəzarət edir və uyğunsuzluq olarsa, operativ olaraq müvafiq işçiləri məlumatlandırır və uyğunsuzluğun həllini təmin edir;
Deskriptiv, diaqnostik hesabatların və təhlillərin hazırlanmasını, qərar qəbuletməyə təsir edəcək hesabat və rəylərin formalaşdırılması və təqdim olunmasını təşkil edir.
Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.
Daha çox Xidmət vakansiyaları üçün saytına keçid edin.