VR Media Marketinq agentliyi olaraq əsasən tibb sahəsində sosial media hesablarını idarə edə biləcək SMM axtarırıq. Əgər kontenti “sadəcə paylaşmaq” yox, onu ideyadan nəticəyə qədər düzgün qurmaq sənin işindirsə komandamızda səni görmək istəyirik.

Qeyd: Xüsusən tibbi marketinq sahəsində təcrübəsi olanlara üstünlük veriləcək.

 

Vəzifə öhdəlikləri

  • Müştərilər üçün sosial media kontent istiqamətini planlamaq və icrasını izləmək

  • Həftəlik və aylıq kontent təqvimi hazırlamaq və prosesə nəzarət etmək

  • Reels və post üçün ideya, hook və mətnlər yazmaq

  • Müştəri briflərini analiz edib onları kontent planına düzgün çevirmək

  • Dizayner və video komandası üçün aydın brief hazırlamaq (format, mesaj, referans, deadline)

  • Paylaşımların vaxtında çıxmasını təmin etmək və kontent keyfiyyətini qorumaq

  • Trend izləməsi edib brendlərə uyğun kreativ təkliflər vermək

  • Həftəlik qısa nəticə hesabatı hazırlamaq (nə işləyir, nə dəyişməlidir)

 

Namizədə tələblər

  • SMM/kontent sahəsində minimum 2 il təcrübə (agentlik təcrübəsi üstünlükdür)

  • Zövq: vizual hissiyat, mətn və ritm duyumu

  • Kreativ düşüncə və səlis copywriting bacarığı

  • Instagram, TikTok, Facebook kimi platformaları aktiv və düzgün istifadə etmək

  • Tapşırıqları vaxtında, detallı və məsuliyyətlə icra etmək

  • Komanda ilə işləmək və feedback-lə işi düzəltmək bacarığı

  • Azərbaycan dilində səlis yazı qabiliyyəti (rus dili üstünlükdür)

Biz nə təklif edirik

  • Tibbi layihələrdə real təcrübə və inkişaf

  • Kreativ ideyaların qiymətləndirildiyi iş mühiti

  • Sistemli iş prosesi və komandadaxili dəstək

  • Karyera yüksəlişi üçün imkan

 

İş yeri: Bakı ş., Yasamal rayonu, Abbas Mirzə Şərifzadə 1 (İyul ayında Nərimanova köçürüləcək) 
İş rejimi: Ofisdaxili
Əməkhaqqı: 600-700 AZN (təcrübə və bacarıqlara görə)

Maaş

600 - 700 AZN

Aylıq esasinda

Məkan

Bakı, Abbas Mirza Sharifzade 1

İşə Baxış
Elan əlavə edildi:
12 saat əvvəl
Elanın bitmə vaxtı:
4 həftə sonra
İş Tipi
Tam ştat
İş Rolu
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Bakı, Abbas Mirza Sharifzade 1