Müştərilərlə effektiv əlaqə kanallarının qurulması və inkişaf etdirilməsi prosesində iştirak etmək;
Banka yeni müştərilərin cəlb edilməsi məqsədilə xidmət paketlərinin təqdim edilməsi, eləcə də ölkədə fəaliyyət göstərən müxtəlif biznes nümayəndələri ilə görüşlərin təşkili və keçirilməsi;
Kiçik və Orta Biznes kredit məhsulları üzrə müəyyən edilmiş aylıq satış planlarının icrasını təmin etmək;
Mövcud müştərilərdən "İnternet Bankçılıq", Çağrı Mərkəzi və digər kommunikasiya kanalları vasitəsilə daxil olan sorğuları qəbul etmək, araşdırmaq, cavablandırmaq, zərurət yarandıqda aidiyyəti struktur bölmələrə yönləndirmək və icrasına nəzarət etmək;
Bankın yeni məhsul və xidmətləri barədə Kiçik və Orta Biznes seqmentinə aid mövcud müştəriləri məlumatlandırmaq;
Azərbaycan Mərkəzi Bankı, dövlət qurumları və digər aidiyyəti təşkilatlardan daxil olan sorğuların müştərilər tərəfindən cavablandırılması prosesini koordinasiya etmək;
Satış üzrə Menecer tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək və bölmənin fəaliyyət istiqamətlərinə uyğun digər vəzifələri icra etmək.
Tələblər
Ali təhsil;
Bank, maliyyə və ya əlaqəli sahələrdə satış təcrübəsinin olması üstünlükdür;
Müştərilərlə effektiv ünsiyyət qurmaq, biznes ehtiyaclarını müəyyən etmək və uyğun həllər təqdim etmək bacarığı;
Aktiv müştəri axtarışı (cold calling, görüşlərin təşkili, sahə ziyarətləri) bacarığı;
Kompüter proqramlarında işləmək qabiliyyəti (Microsoft Office);