Təsvir

·       Bankın yeni və mövcud normativ sənədlərinin, həmçinin məhsullarının risk baxımından nəzərdən keçirilməsi prosesinin koordinasiya edilməsi;

·       Ssenari və stress testlərinin seçilməsi, icrasının təşkili və nəticələrinin təqdim olunması;

·       Qeyri-maliyyə riskləri üzrə potensial itkilərin müəyyən edilməsinə nəzarət edilməsi;

·       Əməliyyat risklərinin kapitala təsirinin hesablanmasına nəzarət olunması;

·       Risk İştahası Bəyannaməsi üzrə limit və tolerantlıq səviyyələrinin monitorinqi, pozuntuların izlənilməsi və zəruri dəyişikliklərlə bağlı təkliflərin verilməsi;

·       Qeyri-maliyyə riskləri üzrə hesabatların hazırlanması və təkmilləşdirilməsi;

·       Audit hesabatları üzrə tədbirlərin koordinasiya olunması;

·       Yeni layihə, təşəbbüs və xidmətlər üzrə qeyri-maliyyə risklərinin qiymətləndirilməsi və yekun rəyin verilməsi;

·       PAŞA Group tərəfindən təqdim olunan sənədlərin nəzərdən keçirilməsi prosesinə nəzarət edilməsi;

·       Bank məhsulları üzrə risk və limitlərin müəyyənləşdirilməsi ilə bağlı rəy verilməsi;

·       Qeyri-maliyyə risklərinin idarə olunması üzrə daxili sənədlərin yenilənməsinin və tətbiqinin təmin edilməsi;

·       Qeyri-maliyyə riskləri ilə bağlı layihə və təşəbbüslərin idarə olunması;

·       Risk mədəniyyətinin inkişaf etdirilməsi, aidiyyəti əməkdaşlar üçün təlimlərin təşkili və risk koordinatorları ilə əməkdaşlığın təmin edilməsi;

·       RCSA prosesinin idarə olunması və nəticələrinin təqdim edilməsi;

·       Exit survey və exit interview nəticələrinin təhlili əsasında risk qiymətləndirmələrinin aparılması və nəticələrin mütəmadi olaraq CHRO ilə paylaşılması;

·       Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Tələblər

·       Təhsil: Maliyyə, İqtisadiyyat, İdarəetmə, Risklərin İdarə Edilməsi və ya digər uyğun sahə üzrə ali təhsil; (Magistr dərəcəsi üstünlükdür)

·       İş təcrübəsi: Bank sektorunda minimum 4 il iş təcrübəsi.

·       Bilik və bacarıqlar: Risklərin qiymətləndirilməsi sahəsində təcrübə;

Mərkəzi Bankın normativ tələbləri ilə işləmək bacarığı;

Proseslərin təhlili üzrə təcrübə;

Daxili nəzarət və ya audit sahəsində təcrübə üstünlükdür;

·       Analitik düşünmə, qərarvermə və problem həll etmə bacarıqları;

·       Layihələrin və işçi qruplarının idarə olunması bacarığı;

·       Hesabat hazırlamaq və təqdim etmək bacarığı;

·       Güclü yazılı və şifahi ünsiyyət bacarığı;

·       Dil bilikləriİngilis dili; Rus dili üstünlükdür.

·       Kompüter bilikləri: Microsoft Office proqramlarında işləmək bacarığı

·       Əlavə üstünlüklər: Risklərin idarə olunması üzrə peşəkar sertifikatların olması üstünlük hesab olunur.

Daha çox Xidmət vakansiyaları üçün saytına keçid edin.

Maaş

Razılaşma ilə

Aylıq esasinda

Məkan

Bakı, Azərbaycan

İşə Baxış
Elan əlavə edildi:
6 saat əvvəl
Elanın bitmə vaxtı:
4 həftə sonra
İş Tipi
İş Rolu
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Bakı, Azərbaycan