Müəssisənin elektrik sistemlərinin, avadanlıqlarının və enerji təchizatı xətlərinin layihələndirilməsi, quraşdırılması və texniki istismarına nəzarət etmək;
İstehsalat sahəsində istifadə olunan elektrik avadanlıqlarının fasiləsiz və təhlükəsiz işləməsini təmin etmək;
Elektrik şitləri, avtomatika sistemləri, mühərriklər, sensorlar və idarəetmə panellərinin sazlanması və texniki xidmətini həyata keçirmək;
Elektrik nasazlıqlarını operativ şəkildə diaqnostika etmək və aradan qaldırmaq;
Yeni elektrik xətlərinin çəkilməsi, kabel marşrutlarının təşkili və avadanlıqların qoşulmasını təmin etmək;
Elektrik yüklərinin hesablanmasını və enerji sərfiyyatının optimallaşdırılmasını həyata keçirmək;
PLC, inverter və sənaye avtomatlaşdırma sistemləri ilə bağlı texniki işlərdə iştirak etmək;
Texniki çertyoj, elektrik sxemləri və layihə sənədlərini oxumaq və hazırlamaq;
İstehsalat avadanlıqlarının preventiv texniki baxış planlarını hazırlamaq və icrasına nəzarət etmək;
Elektrik təhlükəsizliyi qaydalarına və əməyin mühafizəsi standartlarına uyğun fəaliyyət göstərmək;
İstehsalat prosesində yaranan texniki problemlərin həlli üçün digər şöbələrlə koordinasiyalı işləmək;
Görülmüş işlər və texniki vəziyyət barədə rəhbərliyə hesabat təqdim etmək.
Tələblər
Elektrik mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;
Elektrik sistemləri və sənaye avadanlıqları üzrə texniki biliklər;
Elektrik sxemlərini və texniki çertyojları oxuma bacarığı;
PLC, avtomatika və sənaye elektrik sistemləri üzrə biliklər üstünlükdür;
Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
Analitik düşünmə və texniki problemləri operativ həll etmə bacarığı;
MS Office və texniki proqramlarda işləmək bacarığı.
İş şərtləri
İş qrafiki: 5 iş günü (08:00 – 17:00)
Əmək haqqı: 800 – 1,000 AZN (təcrübə və bilik səviyyəsinə uyğun olaraq dəyişə bilər)
İş yeri: Abşeron rayonu, Fatmayı kəndi, Qara Qarayev küçəsi
Əlaqə nömrəsi: 050-231-12-06 HR
Mail: hr@azprom.az
Daha çox Müxtəlif vakansiyaları üçün saytına keçid edin.