Birbankın 196 Əlaqə mərkəzinə daxil olan müştəri müraciətlərini, suallarını və şikayətlərini effektiv şəkildə cavablandırmaq, müştərilərin suallarına məlumatlı, mövzularla bağlı cavablar vermək və həll yolları təqdim etmək üçün namizəd axtarırıq. Müştərilərə yüksək səviyyədə xidmət təmin etmək, sualları cavablandırmaq və müştəri münasibətlərini gücləndirmək əsas məqsədlərimizdəndir.
● 196 Əlaqə Mərkəzinə müştərilər tərəfindən gələn sualları, tələbləri və şikayətləri sürətli və effektiv şəkildə cavablandırmaq;
● Bankın Əlaqə Mərkəzinə müraciət zamanı zəngdə müştərilərin yaşadığı problemləri anlamaq və həll etmək üçün səmimi üslubla çalışmaq;
● Müştərilərə bankın xidmətləri, məhsulları, kampaniyaları və digər məlumatları səmimi bir üslubda təqdim etmək;
● Müştərilərin zəng zamanı tələblərini, dəyişikliklərini və istəklərini dəqiqləşdirmək və aidiyyəti üzrə yönləndirmək;
● Bankın Əlaqə Mərkəzində mövcud olan məlumatları səmimi üslubda dəqiqləşdirmək və tələblər üzrə məlumat təqdim etmək;
● Müştərilərlə zəng zamanı Bankın xidmətlərindən, proseslərindən və funksiyalarından maksimum fayda almaq üçün təlimatlar və məsləhətlər vermək;
● Zəng zamanı Banka ünvanlanan xidmət ilə əlaqəli sualları və problemləri idarə etmək üçün uyğun sistemləri istifadə etmək və nəzarət etmək.
Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.
Daha çox Xidmət vakansiyaları üçün saytına keçid edin.