Şöbənin fəaliyyətinin planlaşdırılması, qısamüddətli və uzunmüdətli prioritetlər üzrə təkliflərin hazırlaması;
Şöbənin fəaliyyətinə nəzarətin həyata keçirilməsi, işinin keyfiyyətinə və hesabatların hazırlanmasına nəzarət;
Şöbənin əməkdaşları tərəfindən təqdim olunmuş cari, aylıq, rüblük və illik hesabatların təqdim edilməsi;
Şöbənin fəaliyyəti ilə bağlı olan bankdaxili təlimat, qayda və prosedurların layihəsinin hazırlanmasına nəzarət və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi;
Aidiyyəti strukturlarla birlikdə arbitraj, inzibati-iqtisadi və ümumi yurisdiksiya məhkəmələrinə, Bankın adından pretenziya və iddialar, pretenziyalara cavablar va iddialara etirazların hazırlanmasına nəzarət;
İnzibati-iqtisadi (arbitraj) ve ümumi yurisdiksiya məhkəmələrində Bankın maraqlarının qorunması məqsədi ilə nümayəndəliyin təmin edilməsi;
Məcburi alınması tələb olunan borcların aşkara çıxarılması məqsədi ilə debitor borcların vəziyyəti barədə materiallara baxılmasında və ümidsiz borcların silinməsi barədə təkliflərə rəylərin hazırlanmasında iştirak;
Pretenziyaların, iddiaların, pretenziyalara cavabların, iddialara etirazların, pretenziya və iddialarla bağlı sənədlərin uçotunun aparılmasına nəzarət edir;
Bankda iddia tələblərinin hazırlanması, məhkəmələrdə, arbitraj orqanlarında lazımi qaydada Bankın maraqlarının qorunması;
Mübahisəli məsələlər üzrə məhkəmə qararlarının icrası mərhələsində məhkəmə və icra işlərinə nəzarət şöbəsinin əməkdaşları ilə birgə tədbirlərin hayata keçirilməsi;
Qanuni qüvvəsini almış məhkəmə qətnamələrinin uçotunun aparılmasına nəzarət;
Məhkəmə aktı vaxtında icra edilmədikdə, girovsuz kreditlər üzrə borcalanların, onların zaminlərinin və əmlaklarının axtarışının təşkilinə nəzarət edilməsi;
Borclunun ümumi əmlak vəziyyətinin araşdırılması məqsədilə, aidiyyəti üzrə sorğuların verilməsi;
Aşkar edilmiş ipoteka predmetlərinin (dövlət qeydiyyatı aparılan daşınar və daşınmaz əmlakın) qiymətləndirilməsi üçün qiymətləndirmə şirkətilərinə sifarişlərin verilməsi və onlar tərəfindən obyektiv qiymətləndirilməsinə nəzarət;
Təminatsız kredit borcları ilə əlaqədar çıxarılmış məhkəmə qətnamələrinə əsasən borcalan və zaminlərin iş yerlərinin müəyyən edilməsi və borcun əmək haqqına yönəldilməsi üçün bütün zəruri tədbirlərin həyata keçirilməsi;
İcra edilmiş məhkəmə qətnamələri üzrə icraata xitam verilməsi, ipoteka predmetlərinin yüklülükdən azad edilməsi üçün zəruri sənədlərin hazırlanmasının və aidiyyəti üzrə göndərilməsi;
Bankın filial, şöbə və nümayəndəliklərinə hüquqi məsələlərlə bağlı məsləhətlərin verilməsi və metodiki köməkliklərin göstərilməsi;
Bankın fəaliyyəti ilə bağlı hüquqi məsələlərə dair Bankın müştərilərinə məsləhətlərin verilməsi;
Tələblər
Ali təhsil;
Bank sahəsində iş təcrübəsi (azı 4 (dörd) il);
Microsoft Word, Excel və PowerPoint proqramları ilə işləmək bacarığı;
Azərbaycan və rus dili biliyi;
Müştəri yönümlülük və güclü kommunikasiya bacarıqları.
Daha çox Xidmət vakansiyaları üçün saytına keçid edin.