Audit layihəsi üçün İş Proqramının hazırlanmasında iştirak etmək;
Audit layihəsi zamanı çatışmazlıqların aşkar edilməsi üçün audit prosedurlarının həyata keçirilməsini təmin etmək;
Audit layihələri üzrə hesabatlarının düzgün, keyfiyyətli və effektiv tərzdə hazırlamaq;
Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün Şirkət rəhbərliyi tərəfindən hazırlanmış tədbirlər planının icrasının monitorinqini həyata keçirmək;
Daxili Audit Departamenti direktorunun tapşırığı ilə Daxili Audit Departamentinin fəaliyyəti ilə bağlı icmal hesabatlarının hazırlanmasında iştirak etmək;
Audit üzrə iş və vaxt bölgüsü hesabatının (Retain management) hazırlanmasında iştirak etmək;
İştirak etdiyi audit layihəsi çərçivəsində rəhbərlik etdiyi əməkdaşların işinin qiymətləndirilməsində iştirak etmək;
Layihə rəhbəri və ya Daxili Audit Departamentinin direktoru tərəfindən həvalə olunan digər tapşırıqları səlahiyyət çərçivəsində yerinə yetirmək.
Tələblər
Təhsil: Ali iqtisadi və ya hüquqi təhsil (ali təhsil digər ixtisaslar üzrə olduqda əlaqədar sahələrdə minimum dörd illik təcrübə);
Müvafiq iş təcrübəsi: 3 ildən artıq ümumi, 2 ildən artıq audit funksiyasında;
Audit prosedurlarını həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklərin olması;
Daxili prosedurlar, Şirkət tərəfindən təklif edilən məhsullar və həmin prosedurlara/məhsullara edilmiş dəyişikliklər haqda məlumatlı olmaq;
Şirkətin fəaliyyət sahəsini tənzimləyən dövlət icra orqanının tərtib etdiyi normativ və hüquqi sənədlər üzrə biliklərin olması;
Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;
Kompüter savadlığı və müvafiq proqram təminatı (MS Windows məhsulları xüsusi audit proqram təminatı üzrə) ilə işləmək bacarığı;
Ezamiyyələrdə iştirak etmək imkanı;
Dil: Azərbaycan və ingilis dillərini işgüzar səviyyədə mükəmməl bilməli.