Ödəniş kartları üzrə hesablaşma proseslərində iştirak edəcək, əməliyyat məlumatlarının təhlilinə və gündəlik əməliyyat fəaliyyətinə dəstək göstərəcək Kart Klirinqi və Hesablaşmalar üzrə Təcrübəçi axtarırıq.

+ ' ' +
  • Maliyyə, Mühasibatlıq, İqtisadiyyat, Data Analitikası və ya əlaqəli sahələr üzrə ali təhsil;
  • SQL və Python üzrə yaxşı biliklər və məlumatlarla işləmək bacarığı;
  • MS Excel proqramında işləmək bacarığı;
  • Azərbaycan dilini əla, ingilis dilini yüksək səviyyədə bilmək;
  • Maliyyə və mühasibatlıq üzrə baza bilikləri;
  • Məlumatların təhlili və böyük həcmli məlumatlarla işləməyə maraq;
  • Güclü məntiqi və riyazi düşüncə qabiliyyəti;
  • Analitik yanaşma və problemləri həll etmə bacarığı;
  • Detallara diqqətlilik və məsuliyyətlilik;
  • Yeni bilik və bacarıqları sürətli mənimsəmək istəyi;
  • Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı.
+ ' ' +
  • Ekosistem səviyyəsində öyrənmə və peşəkar inkişaf imkanları;
  • Təcrübəli mütəxəssislərlə birgə işləmək və mentorluq dəstəyi almaq;
  • Real məhsul, layihə və iş proseslərində praktiki təcrübə qazanmaq;
  • Texniki bilikləri inkişaf etdirmək və müxtəlif sistemlərlə işləmək imkanı;
  • Milyonlarla müştərinin istifadə etdiyi həllərin inkişafında iştirak etmək;
  • Dəstəkləyici, açıqfikirli və dinamik komanda mühitində inkişaf etmək;
  • Peşəkar karyeraya başlamaq və gələcək inkişaf üçün güclü təcrübə bazası formalaşdırmaq.
+ ' ' +
  • Ödəniş kartları üzrə əməliyyatların sistemdə yaradılması və emalı prosesinə dəstək göstərmək;
  • Kart əməliyyatları üzrə hesablaşmaların aparılması prosesində iştirak etmək;
  • Tranzit və balans hesabları üzrə əməliyyatların yoxlanılmasına və uyğunsuzluqların araşdırılmasına dəstək göstərmək;
  • Debitor borclarla bağlı əməliyyatların icrası prosesində iştirak etmək;
  • Sosial və əmək haqqı layihələri üzrə kart sifarişlərinin emalına dəstək göstərmək;
  • Elektron qaimələrin hazırlanması və təqdim edilməsi prosesində iştirak etmək;
  • Beynəlxalq ödəniş sistemləri və daxili bank sistemləri üzrə hesablaşma prosesləri ilə tanış olmaq və gündəlik əməliyyatlarda iştirak etmək;
  • Hesabatların hazırlanması, məlumatların toplanması və ilkin təhlilinə dəstək göstərmək;
  • Şöbənin gündəlik fəaliyyəti ilə bağlı digər əməliyyat tapşırıqlarının icrasında iştirak etmək.

Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.

Daha çox Xidmət vakansiyaları üçün saytına keçid edin.

Maaş

Razılaşma ilə

Aylıq esasinda

Məkan

Bakı, PBT2 (Port Baku Tower 2),

İşə Baxış
Elan əlavə edildi:
1 saat əvvəl
Elanın bitmə vaxtı:
4 həftə sonra
İş Tipi
İş Rolu
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Bakı, PBT2 (Port Baku Tower 2),