Görüləcək işlər: Strateji və əməliyyat planlarına uyğun olaraq Bank üzrə büdcənin tərtibi və onun icrasına nəzarət; Mütəmadi olaraq Bankın maliyyə təhlilini aparmaq və bank daxili qaydalara uyğun olaraq müvafiq hesabatları və məlumatları hazırlamaq; Təsdiq olunmuş illik büdcənin icrasına nəzarəti həyata keçirmək və bu barədə Rəhbərliyə mütəmadi hesabat vermək; Bankın məhsulların gəlirliyini hesablamaq və təhlil etmək; Rəhbərlik tərəfindən verilmiş tapşırıqlar əsasında tələb olunan xüsusi təhlillərin aparılması; Büdcə modelinin təkmilləşdirilməsinə dair təkliflərin verilməsi;Bizim üçün uyğun namizəd: Ali iqtisadi təhsil (Xaricdə təhsil üstünlükdür); Maliyyə, audit, iqtisadi təhlil, hesabatlıq və büdcələmə/planlama üzrə 4+ il iş təcrübəsi; İngilis və Azərbaycan dillərində mükəmməl bilik; CFA, ACCA, CPA, CİMA sertifikatları üstünlükdür; MS Office proqramlarının mükəmməl bilik səviyyəsi, SQL üzrə istifadə bacarığı; Güclü analitik və problemlərin həll edilməsi bacarıqları; Yüksək ünsiyyət və təqdimat bacarıqları olan şəxsdir.