Görəcəyiniz işlər: Müəyyən olunmuş limitlər çərçivəsində pul, əmtəə, qiymətli kağızlar və Forex bazarı üzrə əqdlər bağlamaq; Bankın adından Bloomberg, Reuters və digər platformalar vasitəsi ilə danışıqlar aparmaq və əqdlər bağlamaq; Sərbəst vəsaitlərin pul bazarında yerləşdirilməsi və cəlb edilməsi üzrə əqdlər bağlamaq; Təqdim olunmuş sifarişlər əsasında valyuta alqı–satqısı üzrə əqdlər bağlamaq; Bankın nağd vəsaitə olan tələbatı üzrə sifarişlərin iscrasını təmin etmək; Bankın vəsaitlərini səmərəli istifadə etmək məqsədilə, yararsız nağd vəsaitləri müxbir hesablara göndərilməsi üzrə sifarişləri icra etmək; Müştərilər üçün hecinq həllərinin təqdim olunması məqsədilə törəmə maliyyə alətləri üzrə əməliyyatlar aparmaq; İnvestisiya portfeli, pul bazarı əməliyyatları, fx və digər əməliyyatlar üzrə müvafiq hesabatlar hazırlamaq; Şöbənin işini əhatə edən və digər department üzrə lazımı təqdimatları hazırlamaq; Valyuta, pul və qiymətli kağızlar bazarının iştirakçıları ilə əlaqə saxlamaq, əməliyyatlarla bağlı daxil olmuş təklifləri təhlil etmək, lazım gəldikdə təkliflərə dair əlavə məlumatlar almaq.Bizim üçün uyğun namizəd: Ali iqtisadi təhsil; Yaxşı səviyyədə Bloomberg və Reuters proqramları ilə işləmək bacarığı; CFA Level 1 və ya CFA Investment Foundations sertifikatları arzuolunandır; Yaxşı səviyyədə MS Office proqramları biliyi olan; Problem həll etmə bacarığı olan; Komandada işləmə bacarığı olan; İnduktiv və analitik təhlil bacarıqları olan.

Maaş

Aylıq esasinda

Məkan

Azerbaijan

İşə Baxış
Elan əlavə edildi:
2 il əvvəl
İş Tipi
Yarı ştat
İş Rolu
Digər
Təhsil
İstənilən
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Azerbaijan