Baş mühasib müavini vakansiyası - İş elanları 2026
at
Qaymaq Premium Qida
Yarı ştat
Elanın bitmə vaxtı
4 həftə sonra
Baş Mühasibin müavini (Qaymaq premium qida)
Namizədə tələblər:
* Maliyyə, mühasibatlıq və ya əlaqəli sahə üzrə ali təhsil
* İstehsal sahəsində minimum 3 il iş təcrübəsi
* Rus dili biliyi (yaxşı səviyyədə)
* PMS sertifikatının olması mütləqdir
* 1C, Excel və digər mühasibat proqramlarında sərbəst işləmə bacarığı
* Vergi və əmək qanunvericiliyi üzrə biliklər
* Analitik düşünmə və hesabat hazırlama bacarığı
Vəzifə öhdəlikləri:
* Maliyyə və mühasibat uçotunun düzgün aparılmasına nəzarət
* Vergi, DSMF və digər rəsmi hesabatların hazırlanması
* Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması
* Debitor və kreditor borclarının idarə olunması və izlənməsi
* Mühasibat sənədlərinin düzgün və vaxtında rəsmiləşdirilməsi
* İstehsal əməliyyatlarının uçotunun aparılmasına nəzarət
* Xammal və hazır məhsul hərəkətlərinin izlənməsi
* İstehsal maya dəyərinin hesablanması və analiz edilməsi
* Anbar qalığı və inventarizasiya proseslərində iştirak
* İstehsal xərclərinin düzgün bölgüsünə nəzarət
* Baş mühasibin tapşırıqlarının icrası və ona dəstək
Digər Məlumatlar:
• İş qrafiki: 6 günlük
• Ünvan: Binəqədi yolu 100
• Nahar şirkət tərəfindən verilir
• Əmək haqqı müsahibə əsasında
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini recruitment@qaymaq.az ünvanına mövzu yerinə “Baş Mühasibin müavini ”yazaraq göndərmələri xahiş olunur.