Vəzifə öhdəlikləri: Müəssisənin mühasibat, vergi və maliyyə uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tam, dəqiq və şəffaf şəkildə aparılması; AR Vergi Məcəlləsinin tələblərinə əsasən bütün növ vergi bəyannamələrinin (ƏDV, Mənfəət/Gəlir, Ödəmə Mənbəyində Vergi (ÖMV), Sadələşdirilmiş Vergi, Əmlak, Torpaq və Yol vergiləri) vaxtında, xətasız tərtib edilməsi və aidiyyəti üzrə dövlət orqanlarına təqdim edilməsi; Məcburi Dövlət Sosial Sığorta (DSMF), İşsizlikdən Sığorta, İcbari Tibbi Sığorta (İTS) və Dövlət Statistika Komitəsinin aylıq, rüblük və illik hesabatlarının hazırlanması; Elektron Vergi İdarəsi (e-taxes.gov.az) portalında sərbəst və operativ işləmə (e-qaimə fakturaların, elektron vergi hesab-fakturalarının (e-VHF) yazılması, qəbulu, e-müqavilələrin idarə edilməsi, vergi ödənişlərinin icrası və s.); Vergi orqanları ilə yazışmaların aparılması, kameral uyğunsuzluq məktublarının vaxtında və qanunvericiliyə müvafiq formada cavablandırılması, üzləşmə aktlarının yoxlanılması; İnternet və Mobil Bankçılıq sistemləri vasitəsilə yerli və beynəlxalq köçürmələrin, əməkhaqqı layihələrinin, vergi və digər dövlət rüsumlarının ödənişlərinin həyata keçirilməsi; Əməkhaqqı, məzuniyyət, xəstəlik vərəqələri və son haqq-hesabların qanunvericiliyə uyğun hesablanması; Müəssisədaxili ilkin mühasibat sənədlərinin (aktlar, hesab-fakturalar, avans hesabatları, kassa və bank sənədləri) tərtibi, yoxlanılması və arxivləşdirilməsi işinin təşkili. Namizədə tələblər: Təhsil: Maliyyə, Mühasibat uçotu və audit, İqtisadiyyat sahəsində ali təhsil; Qanunvericilik biliyi: AR Vergi Məcəlləsini, Əmək Məcəlləsini və mühasibat uçotuna dair qüvvədə olan normativ-hüquqi aktları mənimsəmək, qanunvericilikdəki dəyişiklikləri davamlı olaraq izləmək və praktikada tətbiq etmək bacarığı; Proqram təminatı: 1C (8.3 versiyası) mühasibatlıq proqramında sərbəst işləmək bacarığı (vacib şərtdir); Ofis proqramları: MS Office paketini, xüsusilə MS Excel proqramını operativ və yüksək səviyyədə (mürəkkəb düsturlar, hesabat cədvəllərinin qurulması) bilmək; Analitik düşünmə, detallara qarşı diqqətli olma, rəqəmlərlə işləmək və yaranan problemləri təmkinlə həll etmək bacarığı; Müvafiq sahədə ən azı 3-5 il davamlı iş təcrübəsi. İş şəraiti: İş qrafiki: Həftə içi 5 gün, 09:00 - 18:00 (Şənbə və Bazar günləri istirahət); Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə əsasən müsahibə əsasında təyin olunacaqdır (Müəssənin nəzərdə tutduğu büdcə 1400-2000); CV-ləri qeyd olunan mail adreslərinə göndərin "sadiqovanar@gmail.com" "qafar.quliyev@gmail.com"

Maaş

Razılaşma ilə

Aylıq esasinda

Məkan

Bakı, Azərbaycan

İşə Baxış
Elan əlavə edildi:
1 gün əvvəl
Elanın bitmə vaxtı:
4 həftə sonra
İş Tipi
Yarı ştat
İş Rolu
Digər
Təhsil
İstənilən
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Bakı, Azərbaycan