Namizədə Tələblər: Ali təhsil (İqtisadiyyat, Menecment, Maliyyə, və ya Audit sahəsində); Universiteti yeni bitirmiş şəxslərə üstünlük verilir; Ofis proqramlarında işləmə bacarığı (xüsusilə Excel, Word); Dəqiqlik, nəzarətetmə bacarığı və məsuliyyətlilik. İş Barədə Məlumat: Stokun gündəlik yoxlanılması və ümumi stoka nəzarətin həyata keçirilməsi; Anbardan malların daxilolması və çıxışına nəzarət edilməsi; Mal sayım proseslərinə nəzarət və sayım nəticələrinin analiz edilməsi; Mal stokunun dövriyyəsinə və malların mövcudluğuna nəzarət etmək; İdxal əməliyyatlarının izlənməsi və tənzimlənməsi; Mağaza stoklarına və satış nəticələrinə əsasən tədarükçülərə sifarişlərin hazırlanması; Mağazalarımıza daxil olan malların qəbulu, transferi və uçotunu təşkil etmək; Anbarda malların səliqəli və növlərinə görə yığılmasına nəzarət etmək; Anbarın təmiz, nizamlı və təhlükəsiz şəraitdə saxlanmasına cavabdeh olmaq; Mədaxil-məxaric proseslərinin düzgün icra edilməsi və sənədləşdirilməsi; Müvafiq hesabatların vaxtında hazırlanması və rəhbərliyə təqdim edilməsi; Gün ərzində və iş gününün sonunda stok təftişi aparmaq və məlumatları rəhbərliyə bildirmək; Materialların paylaşdırılmasına və məhsulların göndərilməsinə nəzarət etmək, müvafiq sənədlərin düzgünlüyünü yoxlamaq; AR Əmək Məcəlləsinə uyğun sənədləşməni təmin etmək.Bu tələblərə cavab verən namizədlər müraciət edə bilər.