Tələblər: Yalnız universitetdə səhər növbəsi olan oğlanlar müraciət etsin . İş saatı gündəlik 4 saat Təhsil (İqtisadi, İdarəetmə, Texniki sahələr üzrə arzu olunandır); İş təcrübəsi tələb olunmur; Səlis formada şifahi və yazılı Azərbaycan dili biliyi, Rus və İngilis dili bilikləri arzuolunandır; MS Offis proqramlarını sərbəst istifadə etmə bacarığı; Korporativ yazışma və işgüzar danışıqlar aparma bacarığı; Riyazi, məntiqi biliklər; Analitik düşünmə, təhliletmə qabiliyyəti; Komanda ilə işləmə bacarığı; Ezamiyyəyə açıq olması; Sərbəst qərar verə bilmə bacarığı. Vəzifə öhdəlikləri: İş planına əsasən anbar qalığının sistem və faktiki göstəricilər üzrə yoxlanılması; İş planına əsasən anbarlarda fiziki şəkildə sayımın həyata keçirilməsi; Sayım əsasında sistem üzrə məhsul sayı faktiki məhsul sayından fərqli olduqda səbəblərin araşdırılması və aktlaşdırılması; Məhsul qalıqlarında aşkarlanan problemlər sistem xətası ilə əlaqəli olduqda düzəlişlər edilməsi üçün müraciətlərin aidiyyəti üzrə ünvanlanması; Ehtiyac olduqda məhsulların anbara mədaxil və anbardan məxaric sənədlərinin sistem üzrə yoxlanması; Sayım zamanı texniki təhlükəsizlik qaydalarına riayyət etməli, habelə, məhsulların yerləşmə ardıcıllığının qorunması və məhsulların zədələnməsinə şərait yaradılmamasının təşkili; Sayım prosesinin yekununda bütün məlumatların aktlaşdırılması və struktur rəhbərinə təqdim edilməsi; Hazırlanmış check list əsasında anbar ərazilərinin auditini həyata keçirmək; Əlaqəli şöbələrlə məlumat və sənəd mübadiləsinin təşkili;