Vəzifə və Öhdəlikləri: İş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına nəzarətin təmin edilməsi; İş yerində baş vermiş iş qəzaları , xəsarətlərin səbəblərinin analizı və qarşısının alınması üçün tədbirlərin hazırlanması və onların həyata keçirilməsinin təşkili; Təhlükələrin müəyyən edilməsi və düzəldici tədbirlərin görülməsi üçün SƏTƏM auditlərinə, risk qiymətləndirmələrinə və insident araşdırmalarında iştirak edilməsi; İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanması; Təlimat jurnallarının imzalanmasına nəzarət edilməsi; Tibbi vasitələrin istifadəsi üzrə hesabatların hazırlanması; İşə qəbul olunan yeni işçilərə , o cümlədən dövrü olaraq mövcud işçilərə əməyin mühafizəsi, texniki təhlükəsizliklə bağlı giriş təlimatının, təkrar, plandan kənar və cari təlimatların keçirilməsi; İşçilərin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinə nəzarət edilməsi; İşçilərə verilən xüsusi geyimlərin, ayaqqabıların, fərdi mühafizə vasitələrinin və digər vasitələrinin standartlara və sahə normalarına uyğun olmasına və bu vasitələrdən istifadəsinə nəzarət edilməsi. Tələblər: Təcrübə: minimum 3 il (müvafiq sahə üzrə); Dil bilikləri:Azərbaycan dili. Xarici dil biliyi arzuolunandır. Komputer bilikləri (Microsoft office) Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti. İş Şəraiti: Şirkət ünvanı: Badamdar qəsəbəsi Əmək haqqı: 800-1000 azn (bilik və təcrübəyə əsasən təyin olunacaq) İş qrafiki: tam iş həftəsi (5 gün) İş saatları: 08:00-17:00 İstirahət günləri: Şənbə/bazar Nahar şirkət tərəfindən verilir Müraciət forması: Qeyd olunan tələblərə cavab verən namizədlər [email protected] e-mail ünvanına və ya +994552067077 nömrəsinə “Sətəm üzrə mütəxəssis” başlığı altında CV- nümunələrini göndərməklə müraciət edə bilərlər.
Daha çox Mühəndis vakansiyaları isbu.az-da - Axtardığın işbu!