Namizədə aid tələblər: Təhsil: Ali təhsil (İnşaat mühəndisi ixtisası üzrə), Kompüter bilikləri: MS Office proqramları, AutoCad İş təcrübəsi: Müvafiq sahədə 3 ildən az olmayaraq iş stajı; Punktual və ünsiyyətcil olması; Analitik düşüncə bacarığı; Ünsiyyət və komandada işləmək bacarıqları; İşinə məsuliyyətli və dəqiq yanaşmalı ; Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı; Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı; Tələb olduqda müxtəlif bölgələrə ezamiyyətə gedə bilməliİş qrafiki: Həftənin 6 gün saat 09:00-18:00,bazar istirahət günü Əməkhaqqı: 1500-2000 + layihələr üzrə bonusVəzifə öhdəlikləri: Təyin edilmiş layihədə, sahədə tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə, tikinti norma və qaydalarına,istehsalat planına və normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək; Layihələr üzrə araşdırmalar etmək; Material sərfini hesablamağı bacarmaq Müvafiq hesabatlarla (Texniki, Material və Aktlar) işləməyi bacarmaq; İş yerlərində işçiləri əməyin təhlükəsizliyi qaydalarına dair təlimatlandırmaq və Tikinti işlərinin istehsalı üçün işçilər tərəfindən texnoloji əməliyyatlarının aparılması zamanı təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət etmək; Layihələşdirmə, tikinti, istehsalat, əməyin və idarəetmənin təşkili, metroloji təminat, texniki nəzarət, elmi-texniki fəaliyyət üzrə işləri yerinə yetirmək; Obyektdə işləyən işçi briqadaları və onların tərkibinə daxil olmayan dəstə və ayrı-ayrı işçiləri təyin etmək, onların istehsalat tapşırıqlarını müəyyənləşdirmək, onlara iş təlimatı keçmək;
Daha çox Mühəndis vakansiyaları isbu.az-da - Axtardığın işbu!