ŞİRKƏT: “Private Facility Management” MMC Vəzifə: Satış və biznesin inkişafı Mütəxəssis Vəzifə Öhdəlikləri: Potensial müştəriləri araşdırmaq, əlaqə yaratmaq və şirkətin xidmətlərini tanıtmaq. Rəqabəti və bazardakı ehtiyacları analiz edərək şirkət üçün yeni müştəri imkanları müəyyənləşdirmək. Müştəri ehtiyaclarına uyğun fərdi təkliflər hazırlamaq və təqdim etmək. Yeni müştərilər cəlb etmək və satış hədəflərinə çatmaq üçün strategiyalar hazırlamaq və həyata keçirmək. Mövcud müştərilərlə uzunmüddətli əlaqələr qurmaq və məmnuniyyət səviyyəsini yüksək tutmaq. Müştəri cəlb etmək üçün kampaniyalar və promosyonlar təşkil etmək, sosial media və digər kanallar üzərindən tanıtım işləri aparmaq. Müştərilərlə görüşlər keçirmək, ehtiyaclarını öyrənmək və şirkət xidmətlərini daha dərindən izah etmək. Başqa şirkət və ya təşkilatlarla əməkdaşlıq quraraq potensial müştəri kütləsini genişləndirmək. Müştəri məmnuniyyətini artırmaq üçün onların rəylərini toplamaq və məhsul xidmətlərinə dair təklifləri rəhbərliyə çatdırmaq. TƏLƏBLƏR Təhsil: Ali təhsil arzuolunandır. Yaş həddi – 25-30 yaş. (Yalnız xanım namizədlər) Təcrübə: Min: 3 il Etik davranış qaydalarına sahib olmalı. Diqqətli, məsuliyyətli və cəld olmalı. Komandada işləmək bacarığı. İŞ ŞƏRAİTİ: Şirkət ünvanı: Badamdar qəsəbəsi Əmək haqqı: 600-800 azn + satışdan % İş qrafiki: tam iş həftəsi (5 gün) İş saatları: 08:00-17:00 İstirahət günləri: Şənbə/bazar Nahar şirkət tərəfindən verilir Müraciət forması: Qeyd olunan tələblərə cavab verən namizədlər [email protected] e-mail ünvanına “Satış Mütəxəssisi” başlığı altında CV- nümunələrini göndərməklə müraciət edə bilərlər