Təhsil sahəsi üzrə Satış Meneceriİş haqqında məlumat Potensial müştərilər ilə gündəlik zənglərin edilməsi və görüşlərin keçirilməsi Satış proseslərinin idarə edilməsi və həyata keçirilməsi Satış olunacaq xidmətlərin dərindən öyrənilməsi və məsləhətçi kimi çıxış edilməsi Bazarda rəqiblərin davamlı araşdırılması və analizi Komanda ilə strategiyaların qurulması və icrasında aktiv iştirak Satış texnikalarının davamlı inkişaf etdirilməsi Gördüyü işlər barədə gündəlik hesabatların hazırlanması Yeni müştərilərin axtarışı, potensial müştərilərin müəyyən edilməsi və onlarla əlaqələrin qurulması İş rejimi: Həftənin 5 günü, 10:00 - 19:00 Maaş: Sabit əmək haqqı + yüksək faizli bonus sistemiNamizədə tələblər Təhsil: Ali təhsil Dil bilikləri: Səlis Azərbaycan dili Təcrübə: Satış meneceri kimi minimum 1-2 il iş təcrübəsi Texniki bacarıqlar: MS Office proqramlarından (Word, Excel, Email və s.) istifadə bacarığıTələb olunan Yumşaq bacarıqlar (Şəxsi Keyfiyyətlər) Disiplinli və davamlılığı qoruyan – işinə ciddi və məsuliyyətli yanaşan Həmişə əvvəlcədən araşdırmasını edib hazırlıqlı olan – hər zəngi, hər görüşü planlı şəkildə idarə edən Pozitiv və motivasiyalı, həmçinin şəxsi təşəbbüskarlıq bacarığına sahib olan Detallara fikir verən – xırda nüansların böyük fərq yaratdığını bilən İnsanlarla ünsiyyət qurmağı sevən – aktiv sosial və ünsiyyət bacarıqlarına malik Özünü satış sahəsində inkişaf etdirmək istəyən – daim öyrənməyə və böyüməyə açıq Satış ediləcək kurslarımız haqqında dərindən öyrənib konsultant olmaq istəyən – məhsul və xidmətləri mükəmməl şəkildə tanıyan Satışı kiməsə zorla nəyisə satmaq yox, problemlərə həll yolu təklif etmək olaraq görən Daimi özünü inkişaf etdirmək istəyən və yeniliklərə açıq olan Standard gəliri sevməyən – "Nə qədər uğurlu olsam, o qədər qazanmalıyam!" düşüncəsinə sahib olanBəs qarşılığında sizi nə gözləyir? Gənc və kreativ komanda Beynəlxalq təcrübələrə əsaslanan idarəetmə sistemi 2.5 il ərzində 5 dəfə böyüyən bir heyət Davamlı təlim və praktika imkanları Yeniliklərə açıq və dəstəkləyici atmosfer Böyük hədəflər və limitsiz inkişaf şansı Şirkətin uğurlu əməkdaşlarının real nəticələri və gələcək hədəfləri ilə tanışlıqDiqqət! Əziyyət çəkmək istəməyən, CV-sini düzgün göndərə bilməyən, ana dilində düzgün danışa və yaza bilməyən, ancaq tanışlıqla iş tapan insanlar müraciət etməsin. Kreativ yanaşmaları olan, şirkəti əvvəlcədən araşdıran və niyə bizim üçün uğurlu əməkdaş olacağını göstərə bilən namizədlərə üstünlük veriləcək. Müraciət üçün CV-nizi mövzu hissəsində “Təhsil sahəsi üzrə Satış Meneceri” qeyd etməklə [email protected] ünvanına göndərin. Məsləhət istəyirsən? Instagram səhifəmizə bax:@edumax_academy Seçilmək istəyirsən? Hazırlaş və ofisə gəl! Yaxud, rəhbərlərin sosial hesablarını, əlaqə vasitələrini tap və birbaşa əlaqə qur! Bizə qoşul və limitini özün təyin et!

Maaş

Monthly based

Məkan

Azerbaijan

İşə Baxış
Elan əlavə edildi:
18 saat əvvəl
Elanın bitmə vaxtı:
4 həftə sonra
İş Tipi
Part Time
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
15+ Years
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Azerbaijan