Data Science Academy komandamıza data əsaslı şirkətdə çalışmaq istəyən təcrübəli Satış mütəxəssisi axtarırıq!Tələblər nələrdir? Ali Təhsil; MS Office, Google Sheets tool-larını bilməli; Məsuliyyətli, kollektivdə işləmək bacarığı; Güclü kommunikasiya, danışıqlar aparma və problemlərin həll edilməsi bacarıqları; Yaxşı səviyyədə ingilis dili biliyi; Azərbaycan dilində səlis ünsiyyət bacarığı.İş barədə məlumat: E-mail və zəng vasitəsi ilə müştərilərlə əlaqə saxlanılması; Müştərilərə təlimlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması; Müştəri ehtiyaclarının müəyyənləşdirilməsi; Satış analizinin həyata keçirilməsi; Müştərilərlə işgüzar danışıqların və satışın həyata keçirilməsi; Hesabatların vaxtında hazırlanıb təhvil verilməsi.İş rejimi: Həftənin 5 günü saat 09:00-dan 18:00-a qədər; Həftənin şənbə günü yarı iş günü.