Vəzifə barədə məlumat: Daxil olmuş sorğulara əsasən müştərilər ilə danışıqların aparılması; Satış planlarının yerinə yetirilməsi; CRM-də bütün qeydləri aparmaq və CRM üzərindən təkrar zənglər keçirmək; Müraciət edən tələbələrlə konsultasiyaların təşkili və proqramla bağlı məlumatların verilməsi; Müştəri maraqları haqqında məlumatları marketinq və tədris departamentinə yönəltmək; Marketinq komandası ilə birlikdə çalışmaq, kampaniyalar, seminarlar və digər növ tədbirlərin təşkili ilə bağlı təkliflər vermək; Maaş: 800-1200; Fix maaşdan əlavə olaraq satışdan bonuslar nəzərdə tutulub; İş qrafiki: həftədə 6 gün, 09:30 - 18:30; Həftədə bir dəfə Remote olaraq işləmə imkanı;Namizəd üçün tələblər: Satış sahəsində üzrə təcrübə: 2 il və daha çox; IT sahəsində təcrübə: 2 il və daha çox Tədris məhsullarının (kursların, əsasən də IT sahəsində) satışında təcrübəsi olanlara üstünlük veriləcək; Azərbaycan dilində səlis danışıq qabiliyyəti; Nəticə yönümlü, satış yönümlü olmalıdır; Aylıq və rüblük satış planlarını yerinə yetirməlidir; Microsoft Office proqramları ilə yüksək səviyyədə işləmə bacarığı: Word, Excel, Outlook, Power Point; Şəxsi inkişafa önəm verməlidir; CRM ilə iş təcrübəsi; Yüksək motivasiyalı, gülərüz, enerjili və diqqətli olmalıdır; Təhsil: Ali; Komandada işləmə bacarığı; Rus dili biliyi olanlara üstünlük veriləcək; İngilis dili biliyi: arzuolunandır. Əgər özünüzü bu vakansiya üzrə uyğun namizəd hesab edirsinizsə, zəhmət olmasa CV-nizi [email protected] ünvanına göndərin və mailin mövzu hissəsində "Sales Manager" qeyd etməyi unutmayın.