Vəzifə öhdəlikləri: SEO/SEM, e-mail, sosial media və görüntülü reklam kampaniyaları ilə iş; Düzgün hədəf auditoriyalarının təyin olunması; Google Analytics, Tag Manager, Data Studio, Microsoft Clarity və digər analitik vasitələrlə iş; A/B testlərin edilməsi və nəticələrin analizi; Lead-generation məqsədli optimizasiyaları aparılması; Bankın saytının admin-panelində tələb olunan dəyişiklikləri etmək; Bazar trendlərinin, yeniliklərin izlənilməsi və onların işdə tətbiqi; Onlayn kart, kredit və digər məhsulların satışının rəqəmsal reklamlar vasitəsilə artırılması Müştəri yönümlü olması üçün bankın rəqəmsal fəaliyyətinin daim optimallaşdırılması Rəqiblərin analizi, sahə üzrə əsas açar sözlərin müəyyənləşdirilməsi və bu sözlər əsasında veb saytların SEO strategiyasının qurulması və inkişaf üçün təkliflər verilməsi. Aparılan rəqəmsal işlər üzrə dashboardlar-ın qurulması. Veb sayt və mobil tətbiqlərin statistik və müştəri təcrübəsi göstəricilərinin daim yüksək səviyyədə saxlanılmasını və təkmilləşdirilməsini təmin etmək; Reklam vizuallarının hazırlanmasında dizayn qrupları ilə görüş Ən son istehlakçı və marketinq tendensiyalarından və texnologiyadakı inkişaflardan xəbərdar olmaq və tətbiq etmək; Tələblər: Ali təhsilin olması (Biznes, Marketinq, İqtisadiyyat); Rəqəmsal marketinq sahəsində minimum 2 il iş təcrübəsi (Bank sferasında təcrübə arzuolunandır); Sosial Media üçün yaradıcı kampaniya təkliflərini təqdim etmək; Sosial media - Facebook, Instagram, Tiktok və Google platformalarında sərbəst iş bacarığı; MS Word, Excel, Power Point və tələb olunan digər proqramlarda işləmə bacarığı; Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti; Təşəbbüskarlıq, yaradıcılıq və innovasiyalara meyllilik; Öyrənməyə və şəxsi inkişafa meyllilik.