Təsvir: İşçi heyətinə dair proseslərin (işə qəbul, işdən azad edilmə, məzuniyyət, intizam tədbirləri, və s.) qanunvericiliyə uyğun rəsmiləşdirilməsinin təşkili və nəzarəti; İnsan resurslarına dair proseslərin icra edildiyi daxili sistemin və sahibi olduğu proseslərin optimallaşdırılması barədə təkliflərin hazır edilməsi; Komanda daxili iş bölgüsünün təşkil edilməsi və baş verən dəyişikliklər üzrə operativ qərarların tətbiqi; Öhdəliyində olan proseslər üzrə komandanın düzgün yönləndirilməsi; İnsan resurslarına aid icra edilmiş əməliyyatları yoxlayaraq təsdiq etmək; Fəaliyyət sahəsi üzrə proseslərə dair hesabatların hazır edilməsi; Qanunvericiliyə edilmiş dəyişikliklərin izlənilməsi və müvafiq proseslərə tətbiqi; Komanda üzvlərinin inkişafının təmin edilməsi və təkliflərin verilməsi. Tələblər: İnsan Resursları sahəsində ən azı 5 illik aktiv təcrübə (Bank sahəsi üzrə təcrübəyə üstünlük verilir); AR Əmək Məcəlləsinin güclü biliyi və tətbiqinə dair təcrübə; Mükəmməl Azərbaycan dili biliyi, (Rus dili biliyi olması üstünlükdür); MS Excel üzrə biliklər və tətbiqində təcrübə; Nəticə yönümlü kommunikasiya qurma bacarığı; Analitik düşünmə bacarığı; Operativlik, çeviklik və dəqiqlik; Yeniliklərə açıqlıq.